“İslam Səfərli“ tankeri tezliklə açıq dənizə çıxacaq 
Tarix: 13.12.2017 | Saat: 20:32:00 | E-mail | Çapa göndər


"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə məxsus “İslam Səfərli” tankerinin “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda əsaslı təmiri yekunlaşmaq üzrədir. ASC-dən verilən məlumata görə, təmir prosesində tankerin baş mühərrikləri, nasoslar, elektrik mühərrikləri və digər mexanizmlər əsaslı təmir olunub. Köməkçi mühərriklər yenisi ilə əvəzlənib. Gəmidə elektrik avadanlıqlar sazlanıb.
Eyni zamanda, tankerdə ümumi təmizləmə, gövdə hissəsində defektasiya, yük anbarlarında və ballast çənlərində qüsur aktlarına əsasən gövdə-qaynaq işləri görülüb. Üzən vasitənin sualtı və suüstü hissələri, göyərtəsi rənglənib.
Aparılan işlərin yoxlanılması üçün tanker zavod ərazisində dəniz sınağından da keçib. Aşkarlanan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra gəmi istismara veriləcək.
Xatırladaq ki, uzunluğu 125.06, eni 16.63 metr olan tankerin maksimal sürəti 11.3 uzeldir. Gəmiçiliyin Dəniz Nəqliyyat Donanmasına məxsus gəmi maye yüklərin daşınmasında istismar edilir.
Qeyd edək ki, Donanma müxtəlif təyinatlı yüklərin və sərnişinlərin daşınmasını həyata keçirir, rabitə, radiomərkəz və elektroradionaviqasiya üzrə müxtəlif xidmətlərin göstərilməsini təşkil edir, gəmilərin yüklənib-boşaldılmasını və yedək əməliyyatlarını, dibdərinləşdirmə işlərini aparır, habelə dəniz yolları naviqasiya işarələrinin yerləşdirilməsini və onların saz vəziyyətdə saxlanılmasını təmin edir, gəmilərin texniki istismar qaydalarına müvafiq olaraq vaxtında və keyfiyyətlə təmir edilərək Dəniz Registrinə təqdim olunması üçün tədbirlər görür.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”
16.11.2018
Sumqayıtda lift təsərrüfatı yenilənəcək
16.11.2018
Sumqayıtda yolların əsaslı təmirinə 1,5 milyon manat ayrılıb
16.11.2018
Avtomobil yolları təsərrüfatının yaradılmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10486

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info