Binəqədi rayon Gənclər evində “BMT Model” simulasiya oyunu keçirilib
Tarix: 13.12.2017 | Saat: 21:03:00 | E-mail | Çapa göndər


Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının inzibati binasında Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı, Binəqədi rayon Gənclər və İdman İdarəsi, Diplomatiya və Araşdırmalar Klubunun və DİA Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə "Beynəlxalq sülh institutlarının təkmilləşdirilməsi" mövzusunda “BMT Model” simulasiya oyunu keçirilib.
Oyunun açılış mərasimində Binəqədi rayon Gənclər və İdman idarəsinin rəisi Elvin Aslanov, Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Şəmsi Gülverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin sədri Fəsli Nəbiyev, Diplomatiya və Araşdırmalar Klubunun sədri Səyyarə Gülaliyeva, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi Zaur Məmmədov və akademiyanın Tələbə Gənclər Təşkilatının sədri Əmrah Cəfərov iştirak ediblər.
Açılış mərasimində çıxış edən natiqlər “BMT Model” simulasiya oyununun işində uğurlar arzuladılar. Son illər ölkəmizdə “BMT modeli” oyunlarına olan marağın artmasından danışılıb və burada əsas məqsədin iştirakçıların siyasi bilik və bacarıqlarının artırılması, onların gələcəyin diplomatı olaraq hazırlanmasına dəstək olmaqdır. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramında “BMT Modeli” klubları şəbəkəsinin fəaliyyətinin dəstəklənməsi bəndinin olduğunu nəzərə çatdıraq natiqlər, bu cür layihələrin mütəmadi olaraq keçiriləcəyini bildirdilər.
Rəsmi hissədən sonra Baş Assambleya öz fəaliyyətinə başlamışdır. Simulasiya oyununun ikinci hissəsi və bağlanış mərasimi isə 10 dekabr tarixində Binəqədi rayon Gənclər Evində keçirilib.
Simulasiya oyunu başa çatdıqdan sonra iştirakçılar sertifikatla təltif olunub, "Fərqlənmiş nümayəndələr", "Ən yaxşı debutant", "Ən yaxşı mövqe vərəqi", "Ən yaxşı debatçı" və "Ən yaxşı nümayəndə" nominasiyaları üzrə qaliblərin diplomları təqdim edilmişdir.

Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib
20.11.2018
Auditorlar Palatası Gömrük Komitəsi ilə əməkdaşlığa dair sənəd imzalayacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info