“Belə davam etsə, Ermənistanda heç kim qalmayacaq”
Tarix: 13.12.2017 | Saat: 23:51:00 | E-mail | Çapa göndər


Ermənistan Banklar İttifaqının keçmiş sədri Samvel Çzmaçyan:
“Əhalinin Ermənistandan qaçması dəhşətli faktdır”


Erməni KİV-ləri son vaxtlar Ermənistanda kapital axınının böyük vüsət alması ilə bağlı hay-həşir salmaqdadır. Erməni mənbələrinin məlumatına görə, təkcə bu ilin oktyabr ayında ölkədən 115 milyon 706 min dollar çıxarılıb. Təbii ki, bu məbləğ kasıb Ermənistan üçün çox böyük rəqəmdir.
Ermənistanın “1in.am” saytına bu mövzu ilə bağlı açıqlama verən Ermənistan Banklar İttifaqının keçmiş sədri Samvel Çzmaçyan bildirib ki, kapital axını ilə yanaşı, ölkədən insan axını da kütləvidir. Onun sözlərinə görə, Ermənistanı tərk edənlərin əksəriyyəti daha çox Rusiyaya üz tutur: “Hazırda Rusiyadakı iqtisadi vəziyyət sanksiyalara görə o qədər qənaətbəxş olmadığından, Ermənistandan gedənlər evlərinə pul göndərə bilmirlər. Bəzi hallarda Ermənistan vətəndaşları Rusiyanın ayrı-ayrı əyalətlərində yaşayan qohumlarına pul göndərmək məcburiyyətində qalırlar. Burada ikinci faktor Yeni il ərəfəsində ölkəyə yeni mallar gətirilməsi ilə bağlı aparılan pul köçürmələridir. Ancaq əsas amil əhali axını ilə bağlıdır.

Naira Zöhrabyan:
“Asiya İnkişaf Bankından yeni kreditin alınması ölkənin artmaqda olan dövlət borcunun daha da şişməsinə səbəb olacaq”


Əhalinin ölkədən qaçması dəhşətli faktdır. Ölkə rəhbərliyi böyük problemin qarşısını almağa çalışmalıdır. Bunun üçün iqtisadi vəziyyət yaxşılaşmalıdır. Yoxsa Ermənistanda heç kim qalmayacaq”. Qeyd edilməlidir ki, Ermənistan hökuməti ölkəni tərk edənlərin qarşısını almaq üçün müxtəlif variantlardan yararlanmağa çalışır. Belə ki, işğalçı ölkə parlamenti Ermənistanla Asiya İnkişaf Bankı arasında “İctimai effektivlik proqramı və maliyyə bazarları” adlı kredit sazişini təsdiqləyib. Buna əsasən, Ermənistana 15 il müddətinə 40 milyon dollar kredit veriləcək. Ölkə parlamentinin bu addımı bəzi deputatlar tərəfindən birmənalı qarşılanmayıb. “Çarukyan” blokundan olan deputat Naira Zöhrabyan “News.am” saytına açıqlamasında deyib ki, alınan yeni kredit ölkənin artmaqda olan dövlət borcunun daha da şişməsinə səbəb olacaq: “Bunun nəticəsi kimi 2018-ci ildə Ermənistanın hər bir vətəndaşının artıq 2200 dollar borcu olacaq”. “Jamanak” nəşri isə yazır ki, 2018-ci il yanvarın 1-dən etibarən Ermənistanda dizel yanacağının qiyməti artırılacaq. Bu məlumatdan sonra ermənilər indidən dizel yanacağı alıb saxlamağa başlayıblar. Dizel yanacağının qiymətinin hər litr üçün 50 dram artacağı ehtimal edilir. “Dizel yanacağının qiyməti artacağı təqdirdə, fermerlər təxminən 8 min dram əlavə xərc sərf etmək məcburiyyətində qalacaqlar”-deyə “Jamanak” nəşri yazır.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Ermənistan nümayəndəsinin KTMT-nin baş katibi seçilməməsi Paşinyana ciddi zərbə olacaq”
21.11.2018
Çavuşoğlu S-400-lə bağlı məsələyə son qoydu: “Anlaşmanın ləğv edilməsi mümkün deyil”
21.11.2018
RecExpo 2018-də Monteneqronu kəşf et: 2019-da açılacaq ruhlandırıcı dənizkənarı kurort Portonovi
20.11.2018
Belarus səfəri Ermənistanda böyük rezonans doğurub
20.11.2018
Moldova prezident idarəçiliyinə qayıtmaq istəyir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info