«Rusiya Tartusdakı hərbi gəmilərinin sayını artırıb»
Tarix: 18.05.2013 | Saat: 00:39:00 | E-mail | Çapa göndər


«Putin elə bir vəziyyət yaratmaq istəyir ki, Qərb Suriyaya hərbi müdaxilə haqqında düşünməsin»

fSuriyanın Tartus limanında yerləşən rus hərbi gəmilərinə yardım məqsədilə daha bir neçə gəminin limana göndərilməsi Qərb ölkələrində qıcıq yaradıb. Xüsusilə, son vaxtlar Suriya münaqişəsinin hərbi yolla həlli ilə bağlı müzakirələrin aktiv getdiyi bir vaxtda Moskvanın bu addımı əzələ nümayişinə bənzəyir. İsrailin Suriyadakı müəyyən məntəqələri bombalamasından sonra məsələnin silahlı müdaxilə ilə həlli məsələsi aktiv şəkildə gündəmə gəlib.

Belə bir vaxtda Kremlin Tartusa əlavə hərbi gəmi göndərməsi müdaxilənin qarşısını almağa hesablanmış addım kimi dəyərləndirilə bilər. Elə «The Wall Street Journal» jurnalının əməkdaşları Adam Entus, Culian Barns və Qreqori Uayatın birgə hazırladığı materialda da əsas fikir bu istiqamətdə cəmləşib. Jurnalda çap edilən məqalədə qeyd edilir ki, Rusiyanın yeni hərbi gəmilər göndərərək Aralıq dənizindəki hərbi gücünü artırması ABŞ və digər Qərb dövlətlərində növbəti aqressiv mövqe kimi qəbul edilir: «Bu addım həm də Qərb və İsrailin Suriyadakı vətəndaş müharibəsinə mümkün müdaxiləsinin qarşısını almağa hesablanıb. Rusiyanın Aralıq dənizinin şərq sahillərində hərbi gücünü artırması ABŞ-ın diqqətini hələ üç ay əvvəl cəlb edib. Qərbdən olan məmurlar hesab edirlər ki, Rusiyanın köhnəlmiş donanması o qədər də qorxulu deyil. Amma bütün halda Suriya limanında Rusiya hərbi gəmilərinin olması potensial risk yaradan faktordur. Moskvanın regionda hərbi gücünü artırması Suriyanın gələcəyi ilə bağlı potensial danışıqlarda və ümumiyyətlə, Yaxın Şərqdə mövqeyini gücləndiriməyə hesablanıb. Bu gəmilər hələ də Suriyada qalan on minlərlə rusiyalının evakuasiyası üçün də imkan yaradır. Rusiyanın hərbi gəmilərinin sayının artması regiondakı son dərəcə gərgin vəziyyətə tuş gəlib. ABŞ nümayəndələri bəyan ediblər ki, yaxın günlər ərzində Suriyanın Rusiyadan aldığı «Yaxont» tipli raketlərlə İsrailə zərbə endirməsi istisna deyil. İsrail xüsusi xidmət orqanları «Yaxont»ların «Hizbullah»a veriləcəyini də istisna etmirlər. Bu yaxınlarda Putin bildirib ki, İsrail və ABŞ-ın etirazları müasir hava hücumundan müdafiə sistemlərinin Suriyaya verilməsinin qarşısını ala bilməz. Amerikalıların fikrincə, Putin elə bir vəziyyət yaratmaq istəyir ki, Qərb, ümumiyyətlə Suriyaya hərbi müdaxilə haqqında düşünməsin. Moskva hərbi gəmilərinin sayını artırmaqla Tartusu özündə saxlayacağını aşkar şəkildə nümayiş etdirir. Rusiyalı ekspert Andrey Frolov hesab edir ki, Tartus limanı hərbi baza deyil, sadəcə gəmilərə xidmət mərkəzidir. Amma Vaşinqtonda hesab edirlər ki, Rusiya Tartusdakı bazanı genişləndirməklə bağlı plan hazırlayıb və bu məsələ artıq Əsədlə müzakirə edilib. ABŞ-da hesab edirlər ki, Putini postəsəd dönəmində Tartusun onlarda qalacağına inandırdıqdan sonra Əsəddən qoparmaq asan olacaq. Amma tamamilə mümkündür ki, mayın sonlarında Rusiya S-300 sistemlərini Suriyaya göndərsin. Bu halda Suriya yüksək səviyyəli müdafiə əldə etmiş olacaq, İsrail isə yeni dilemma qarşısında qalacaq. ABŞ-ın məlumatlarına görə, son 3 ay ərzində Tartusda daimi olaraq 10-15 Rusiya hərbi gəmisi olub. Hazırda Aralıq dənizinin şərq hissəsində Rusiya hərbi donanmasının üç dəstəsinin yer aldığı 11 gəmi üzür. Regiona əlavə 3 amfibiya-gəmi qrupu da göndərilib».
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
“Küçə demokratiyasının qaydaları böyük siyasətdə qəbul edilə bilməz”
17.11.2018
Viqen Sarkisyan: “Ötən aylar Ermənistanın xarici siyasəti ilə bağlı narahatlıqlar yaradır“
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info