Belarusda Azərbaycanın milli mətbəxi nümayiş etdirilib
Tarix: 14.12.2017 | Saat: 16:27:00 | E-mail | Çapa göndər


Minsk şəhərində Belarus Respublikasında akkreditə olmuş səfirlərin, diplomatların və xarici təmsilçiliklərin üzvlərinin həyat yoldaşlarının daxil olduğu “Beynəlxalq qadınlar klubu” tərəfindən xeyriyyə sərgi-yarmarkası keçirilib.
Azərbaycanın Belarusdakı səfirliyindən  bildiriblər ki, sərgi-yarmarkada səfir və səfirliyin əməkdaşlarının həyat yoldaşları və qadın əməkdaşlar aktiv şəkildə iştirak ediblər. Səfirliyin qadın kollektivinin köməyi və yaxından iştirakı ilə Azərbaycan guşəsi təşkil olunub. Azərbaycan stendi sərginin ən böyük və ən zəngin stendlərdən biri olub. Azərbaycan səfirliyinin ilk dəfə belə tədbirdə iştirak etməsinə baxmayaraq açılan masa qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.
Milli stendimizdə Azərbaycan məhsullarından meyvə şirələri və kompotlar, ağ və qırmızı şərablar, sirab və badamlı sular, çaylar, müxtəlif çeşidli mürəbbələr, narşərab, suvenirlər, kəlağayılar, araqçınlar və s. sərgilənib. Qadınlarımızın hazırladığı milli Azərbaycan xörəkləri – dolma, plov və milli şirniyyatlar – şəkərbura, paxlava, çudu Azərbaycan guşəsini bəzəyib. Stendimizdə alış-veriş edən sərgi iştirakçılarına hədiyyə olaraq “İrs” jurnalı təqdim edilib.
Səfirin həyat yoldaşı yarmarka üçün milli üslubda rəngli boya ilə üç rəsm əsəri çəkib. Milli stendimizə yaxınlaşan Belarus xarici işlər nazirinin həyat yoldaşı stendimizlə ətraflı tanış olub və gördüklərindən məmnun qalaraq xoş sözlər söyləyib. Səfirlik tərəfindən tədbirdə Minsk şəhərində fəaliyyət göstərən “Sarı gəlin” və “Şərqin əfsanələri” musiqi truppalarının çıxışları təşkil edilib və maraqla qarşılanıb.
Sərgi-yarmarkada fəal iştirakına görə Azərbaycan səfirliyi “Beynəlxalq qadınlar klubu” tərəfindən xüsusi diplomla təltif olunub.
Sərgi-yarmarkadan əldə edilmiş vəsait klubun rəhbərliyinə təhvil verilib.
Təbliğat məqsədilə çoxlu sayda iştirakçılara suvenirlər, yeməklər və şirniyyatlar paylanıb. Ümumiyyətlə, Azərbaycan yeməkləri və şirniyyatları iştirakçılar arasında maraq doğurub və yaxşı təsir bagışlayıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Yeni yolların açılışı cənub bölgəsində turizmin inkişafına təkan verəcək
19.09.2018
“First in Azerbaijan“ investisiya təşviqi mexanizmi yaradılır
19.09.2018
Növbəti startap turu Sumqayıtda keçiriləcək
19.09.2018
Neft sənayesi işçiləri təltif edilib
19.09.2018
Qubada yol tikintisinə 10,8 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info