Erin Monaghan UFAZ-da mühazirə oxuyub
Tarix: 14.12.2017 | Saat: 16:30:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) Fransa-Amerika Biznes Məktəbinin fakültə direktoru Erin Monaghanla görüş keçirilib.
Görüşdə kompüter elmləri, neft-qaz mühəndisliyi və digər ixtisaslar üzrə ingilis dilində təhsil alan ADNSU və UFAZ tələbələri üçün "Mühəndislik idarəetməsində imkanlar və trendlər" mövzusunda ictimai mühazirə keçirilib.
ADNSU-dan redaksiyamıza bildirilib ki, E.Monaghan mühazirəsində iş yerlərində idarəetmə rolunu yerinə yetirən işçilərə vacib olan qeyri-texniki bacarıqların önəmindən bəhs edib. Analitik, yaradıcı və tənqidi düşüncənin fərqini izah edən E.Monaghan dinləmə, ozünüidarəetmə, bədən dili, rəftar və komanda işi kimi sosial bacarıqlar üzrə tələbələrlə söhbət aparıb. Həmçinin tələbələrə CV-nin yazılması qaydaları, müsahibə zamanı özünü düzgün təqdimetmənin yolları və s. izah olunub.
Mühazirənin sonunda E.Monaghan “Komandada necə işləməmək?” adlı yumoristik video təqdim edib və tələbələri maraqlandıran sualları cavablandırıb.
Qeyd edək ki, E.Monaghanın təhsil və layihə idarəetməsi üzrə 10 ildən artıq təcrübəsi var. O, karyerasına Nyu-Yorkda başlayıb. Fransanın Lion şəhərində köçməzdən əvvəl Mərakeş və Əlcəzairdə işləyib. E.Monaghan ABŞ-ın Seton Hol Universitetindən beynəlxalq əlaqələr və diplomatiya üzrə magistr dərəcəsi alıb.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info