“Azersky” peykinin imkanlarından Tacikistanın istifadə etməsi müzakirə edilib
Tarix: 14.12.2017 | Saat: 17:12:00 | E-mail | Çapa göndər


Azərbaycanın “Azersky” peykinin imkanlarından Tacikistanın istifadə etməsi məsələləri müzakirə edilib.
“Azərkosmos” ASC-nin nümayəndə heyəti Tacikistanın paytaxtı Düşənbə şəhərində keçirilən “Yerin məsafədən müşahidə peyklərinin imkanları və məsafədən zondlama həllərinə dair seminar”da iştirak edib.
ASC-dən AZƏRTAC-a bildirilib ki, seminar çərçivəsində nümayəndə heyəti Tacikistan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Torpaq və Geodeziya Komitəsi, Ətraf Mühitin Mühafizəsi Komitəsi, Dövlət Torpaq Komitəsinin “Fazo” Layihə və Tədqiqat İnstitutu, Geologiya Baş İdarəsi, Meşə Təsərrüfatı Agentliyi, Meliorasiya və İrriqasiya Agentliyi, Rabitə Administrasiyasının nümayəndələrinin iştirakı ilə görüşlər keçirib.
Görüşlərdə “Azersky” peykinin tətbiq sahələri və imkanları, “Azərkosmos” tərəfindən Yer Səthinin Məsafədən Müşahidəsi sahəsi üzrə həyata keçirilən layihələr haqqında iştirakçılara məlumat verilib.
Həmçinin Tacikistanın dövlət qurumlarının aktiv layihələrinin “Azersky” peykinin imkanlarından istifadə olunmaqla icrasına və qurumlar arasında ikitərəfli əlaqələrin qurulmasına dair geniş müzakirələr aparılıb.
Qeyd edək ki, Cənubi Qafqazda ilk peyk operatoru olan “Azərkosmos” ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksəkkeyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və “Azərkosmos” tərəfindən idarə edilən “Azerspace-1” peyki 46° şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir: C diapazonda 24, Ku diapazonda 12 transponder. 2014-cü ilin dekabr ayından etibarən “Azərkosmos” sayca ikinci, təyinatına görə yüksək ayırdetməli (1,5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky”ın idarəçiliyini təhvil alıb və bununla da geoinformasiya xidmətləri də daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlayıb. Şirkətin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir. Bu məqsədlə “Azərkosmos” 2018-ci ildə ikinci telekommunikasiya peyki “Azerspace-2”ni 45° şərq uzunluğu orbital mövqeyinə çıxarmağı və qarşıdakı illərdə çox yüksək ayırdetməli Yer səthinin məsafədən müşahidə peyki əldə etməyi planlaşdırır.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Qeyri-neft sektorunda həyata keçirilmiş ən böyük layihə
17.01.2019
Energetika Nazirliyi Serbiya Prezidentinin Rusiya mətbuatına açıqlamasına münasibət bildirib
17.01.2019
Özəl televiziyalara birdəfəlik maliyyə yardımı ayrılıb
17.01.2019
Neftçalada Regional Forum keçirilib
17.01.2019
DGK dövlət büdcəsinə 3,5 milyard manatadək vəsait köçürüb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10563

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Prezident: Sarkisyan rejiminə dəstək verən, göz yuman beynəlxalq təşkilatların da onun törətdiyi cinayətlərdə payı var


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info