Qulam İshaqzai: “Azərbaycan insan haqlarına olan hörmətini nümayiş etdirir“
Tarix: 14.12.2017 | Saat: 18:16:00 | E-mail | Çapa göndər


AMEA Hüquq və İnsan Haqları İnstitutunda 10 dekabr - Ümumdünya İnsan Hüquqları gününə həsr olunmuş konfrans keçirilib. Hüquq və İnsan Haqları İnstitutunun direktoru, millət vəkili Aytən Mustafazadə bildirib ki, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsinin 70 ili tamam olur. O deyib ki, bu gün dünya üçün aktual problem terrorizm və ekstremizmdir: "Azərbaycan da 25 ildən çoxdur erməni terrorundan əziyyət çəkir. Terror bütün dünyanı təhdid edir. Biz ümid edirik ki, BMT bu problemlərin həllinə yardımçı olacaq və dünya ölkələri onun ətrafında sıx birləşəcək".
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai Azərbaycanın insan haqları ilə bağlı verilmiş tövsiyələrə əməl etdiyini, öhdəliklərini icra etdiyini diqqətə çatdırıb: "Azərbaycan insan haqlarına olan hörmətini nümayiş etdirir. Azərbaycan insan haqları sahəsində BMT ilə birgə iştirak etmək niyyətində olduğunu bildirib və buna razılıq verib. İnsan hüquqları Azərbaycan Konstitusiyasında da öz əksini tapıb. İnsanların hüquqlarının qorunması bizim hər birimizdən asılıdır".
Konfransda BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının videomüraciəti nümayiş olunub.
Daha sonra Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova "Azərbaycanda insan hüquqlarının qorunması sahəsində Ombudsman institutunun rolu" mövzusunda məruzə ilə çıxış edib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, dünyada ekstremizm, zorakılıq, terrorçuluq və hərbi münaqişələrin sayı artmaqdadır: "Bu hadisələr ilk növbədə ailə institutuna mənfi təsir göstərir, ailələr dağılır. Lakin bütün bunların fonunda Azərbaycanda ailə institutu qorunub saxlanılır, insanlar təhlükəsiz, dostluq şəraitində yaşayırlar".
Konfrans çıxışlarla başa çatıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Dənizdəki tufandan sonra SOCAR-ın istehsalat zənciri bərpa olunub
21.01.2019
“Kalkulyator uşaq” xarici və yerli təhsil müəssisələrindən təkliflər alır
21.01.2019
“Övladınızı kompüter və televizordan çəkindirməyin yolları”
21.01.2019
Səhiyyə Nazirliyi tərəfindən bu dərman geri çağırılıb
21.01.2019
Suraxanıda 20 Yanvar faciəsinin şəhidlərinin məzarları ziyarət edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info