Azərbaycanlı alimlərin yeni elmi nəticəsi ilə alternativ enerjinin əldə olunması daha da asanlaşacaq
Tarix: 14.12.2017 | Saat: 18:17:00 | E-mail | Çapa göndər


Gəncə Dövlət Universitetinin kimyəvi materialşünaslıq laboratoriyasında bir qrup kimyaçı alim tərəfindən aparılmış elmi tədqiqatlarda mühüm nəticə əldə olunub. Elm üçün böyük uğur sayılan yeni nəticəni, yəni funksional materialları nanotexnologiyada, elektrotexnikanın müxtəlif sahələrində, günəş batareyalarının istehsalında, eləcə də alternativ enerji mənbələrinin alınmasında geniş tətbiq etmək mümkündür. Bu barədə universitetin mətbuat və ictimaiyyətlə əlaqələr xidməti məlumat verib.
Bildirilib ki, universitetin kimyəvi materialşünaslıq elmi tədqiqat laboratoriyasında ilk dəfə 2012-ci ildən bir qrup kimyaçı alim tərəfindən tədqiqat işlərinə başlanılıb. İlk vaxtlar aparılmış tədqiqatlar zamanı müəyyən göstəricilər qeydə alınsa da, laboratoriyada zəruri cihaz və avadanlıqlar olmadığından son elmi nəticəni almaq mümkün olmayıb.
Gəncə Dövlət Universitetində aparılan kimyəvi araşdırmaları daha da dərinləşdirmək və mühüm elmi nəticəni əldə etmək üçün kimyəvi materialşünaslıq elmi tədqiqat laboratoriyasının fəaliyyəti 2016-cı ildə yenidən təşkil edilib. Laboratoriya termoskan cihazı, vakuum qurğusu, mufel sobaları, müasir elektron analitik tərəzilər, eləcə də digər qurğu və avadanlıqlarla təchiz edilib. Elmi tədqiqat işlərinin səviyyəsinin yüksəldilməsi üçün Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibovun rəhbərliyi ilə ali təhsil ocağının alimləri –İsfəndiyar Alverdiyev, Zəhra Əliyeva, Vüsalə Qəhrəmanova və kimya kafedrasının əməkdaşları laboratoriyada aparılan elmi tədqiqat işlərinə cəlb olunublar. Həmçinin AMEA-nın Qeyri-üzvi Kimya və Katoliz İnstitutunun direktor müavini Məhəmməd Babanlı, laboratoriya müdiri İmir Əliyev və digər alimlər elmi tədqiqat işlərində yaxından iştirak ediblər.
Beləliklə, kimyəvi materialşünaslıq elmi-tədqiqat laboratoriyasında müxtəlif təyinatlı yeni qeyri-üzvi funksional materialların alınması sahəsində sistemli tədqiqatlar aparılıb.
Elmi tədqiqat işləri haqqında danışan dosent İsfəndiyar Alverdiyev deyib ki, həmin materiallar sırasında super-ion keçiricilər xüsusi yer tutub. “Bərk maddənin bu qeyri-adi halı onunla səciyyələnir ki, atomlardan biri mayelərdə olduğu kimi yüksək mütəhərrikliyə malikdir, digərləri isə kristal qəfəsdə öz müntəzəm vəziyyətini saxlayır. Məhz superion keçiricilərin bu ikili təbiəti onların yüksək texnologiyalarda tətbiqi üçün geniş imkanlar yaradır”, - deyə o bildirib.
İsfəndiyar Alverdiyev qeyd edib ki, alınmış mühüm nəticələr həm rentgenoqrafik tədqiqatlarda təsdiqini tapıb, həm də “Tomson Reuters” sisteminə daxil olan 15-ə yaxın nüfuzlu beynəlxalq jurnalda çap olunub.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı
18.11.2018
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info