2018-ci ildən xam pambığın alış qiymətləri artırılacaq
Tarix: 14.12.2017 | Saat: 18:18:00 | E-mail | Çapa göndər


2018-ci ildə təhvil veriləcək xam pambığın alış qiymətləri artırılacaq. Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib. Pambıqçılıq məhsullarına tələbatın ödənilməsi, ixracının artırılması, emal müəssisələrinin xammal təminatının yaxşılaşdırılması, kənd yerlərində əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi üçün dövlət dəstəyinin gücləndirilməsi və bu sahənin inkişafının sürətləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 iyul tarixli 3082 №-li Sərəncamı ilə “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib.
Döblət Proqramının Tədbirlər Planının icrasına uyğun olaraq pambıqçılığın inkişaf etdirilməsi məqsədilə 01 dekabr 2017-ci il tarixində Kənd Təsərrüfatı Nazirliyində İqtisadiyyat və Kənd Təsərrüfatı Nazirliklərinin rəhbərlərinin iştirakı ilə pambıq istehsalı və emalı ilə məşğul olan “MKT İK” MMC və “CTS AQRO” MMC-nin nümayəndələri ilə görüş keçirilib. Görüşdə cari ildə görülən işlər, pambıq yığımının gedişi, tədarükü və emalı vəziyyəti, eləcə də qarşıya qoyulan hədəflərə nail olunması üçün 2018-ci ildə həyata keçirilməsi vacib olan məsələlər müzakirə edilib.
Pambıq əkən fermerlərin məhsul istehsalına həvəsləndirilməsi və onların maddi rifahının daha da yüksəldilməsi məqsədilə pambığın növlər üzrə mövcud alış qiymətlərinin hər ton üçün 100-110 manat artırılaraq 2018-ci ildə aşağıdakı kimi müəyyənləşdirilməsi barədə razılıq əldə edilib:
 
 
Pambığın bir tonunun alış qiyməti, manatla
 
 
2017-ci il (faktiki)
2018-ci il (təklif olunan) 
1-ci növ
500
600
2-ci növ
470
580
3-cü növ
440
540
4-cü növ
400
500


Nigar




 
Bölməyə aid digər xəbərlər
18.08.2019
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 100 il ötür
17.08.2019
Leyla Əliyeva Müslüm Maqomayevin məzarını ziyarət edib
17.08.2019
Dövlət Gömrük Komitəsi şirkətlərdən imtahan götürür
16.08.2019
Rusiya və İran hərbi gəmiləri Bakı limanını tərk edib
16.08.2019
İqtisadiyyat nazirinin müavini Masallıda vətəndaşları qəbul edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10860

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info