BİTKol-da “Sağlam həyat tərzi” mövzusunda tədbir keçirilib
Tarix: 14.12.2017 | Saat: 18:50:00 | E-mail | Çapa göndər


Ailə, qadın və uşaq problemləri üzrə Dövlət Komitəsi "Mən həyatı seçirəm” layihəsi çərçivəsində Bakı İdarəetmə və Texnologiya Kollecində (BİTKol) "Sağlam həyat tərzi” mövzusunda tədbir keçirib.

Tədbiri giriş sözü ilə Kollecin tərbiyə işləri üzrə direktor müavini Xalid Məcidov açaraq bildirib ki, hər bir kəs, xüsusən də gənclər sağlam həyat tərzinə üstünlük verməli, zərərli vərdişlərdən uzaq durmalıdır. X.Məcidov qeyd edib ki, tibb elmi nə qədər inkişaf etsə də bütün xəstəliklərdən insanları xilas edə bilməz. Onun sözlərinə görə, insan öz sağlamlığının yaradıcısıdır və bu sağlamlıq uğrunda daim mübarizə aparmalıdır.
Direktor müavini tədbirdəki gənclərə səslənərək bildirib ki, sağlamlığı qorumaq üçün erkən yaşlardan fərdi həyat tərzi sürmək, bədən tərbiyəsi və idmanla məşğul olmaq, bədəni möhkəmləndirmək, şəxsi gigiyena normalarına riayət etmək, müxtəlif emosiyaları cilovlamağı bacarmaq lazımdır. Bununla yanaşı, alkoqol və narkotiklərdən istifadə etməmək, siqaret çəkməmək, düzgün qidalanmaq, yəni düşünülmüş şəkildə sağlamlığın əsl harmoniyasına nail olmaq gərəkdir. Ailə, qadın və uşaq problemləri üzrə Dövlət Komitəsinin Ailə problemləri şöbəsinin müdir müavini Kamilə Əliyeva təmsil etdiyi qurum tərəfindən həyata keçirilən "Mən həyatı seçirəm” layihəsi barədə ətraflı məlumat verib. Bildirib ki, Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq Azərbaycanın şəhər və rayonlarında reproduktiv sağlamlıq və sağlam həyat tərzinin təbliği, gənclərin ailə həyatına hazırlığı və digər mövzular barədə layihələr reallaşdırılır. Onun sözlərinə görə, hazırda kollecdə keçirilən tədbir də bu məqsədə xidmət edir. Tədbirdə "Sağlam ailə tibb mərkəzi”nin həkim-ginekoloqu Nuridə Zeynalova və Mərkəzin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nigar Rüstəmli tələbə gənclərlə sağlam həyat tərzi, reproduktiv sağlamlıq, erkən nikahın fəsadları, ailə planlaşdırması, nikahdan əvvəl tibbi müayinənin, həmçinin uşaqların ana südü ilə qidalanmasının əhəmiyyəti, qeyri-infeksion xəstəliklərin profilaktikası, talassemiya ilə mübarizə, ziyanlı vərdişlərin yaratdığı fəsadlar mövzusunda müzakirələr aparıb, tövsiyələrini çatdırıblar. Sonda tələbələrə müzakirə edilən mövzulara dair məlumat xarakterli bukletlər paylanıb.




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Yol polisi Bakıda yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinə müraciət edib
12.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasında Konstitusiya Günü qeyd olunub
12.11.2018
Bakıdan Misirin Şarm əl-Şeyx şəhərinə birbaşa çarter reysi açılıb
12.11.2018
Daşkənddə Dövlət Bayrağı Günü qeyd olunub
08.11.2018
Yük maşınlarının Bakıya daxil olması üçün marşrutlar müəyyən edilib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info