Gürsel İsmayılzadə: “Bakı-Tbilisi-Qars dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur”
Tarix: 14.12.2017 | Saat: 20:15:00 | E-mail | Çapa göndər


Yaponiyanın Osaka şəhərində Azərbaycanın Yaponiyadakı səfirliyinin, Osaka prefekturası rəhbərliyinin, JETRO təşkilatının və Kansay Universitetinin təşkilatçılığı ilə “Azərbaycanın davamlı iqtisadi inkişafı” adlı seminar keçirilib.
Seminarda prefekturanın sənaye, turizm və yükdaşıma şirkətlərinin əməkdaşları, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Ölkəmizin Yaponiyadakı səfiri Gürsel İsmayılzadə Azərbaycanın tarixi, xarici siyasəti və xüsusən də iqtisadiyyatı haqqında çıxış edib.
Tədbirdən əvvəl səfir G.İsmayılzadə Osaka prefekturasının vitse-qubernatoru Cun Arai ilə görüşüb. Görüşdə C.Arai Osaka şəhərində seminarın təşkilini alqışladığını bildirib. Qeyd edib ki, Osaka prefekturası Yaponiyanın sənaye mərkəzlərindən biri olaraq Azərbaycan ilə əməkdaşlıqda maraqlıdır.
Səfir G.İsmayılzadə seminarın təşkilində dəstəyə görə minnətdarlığını bildirib. Azərbaycanın hazırkı iqtisadi vəziyyəti, son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən nailiyyətlər, həyata keçirilən layihələr və islahatlar haqqında geniş məlumat verib. Azərbaycan-Yaponiya ikitərəfli münasibətlərindən bəhs edən səfir, iki ölkənin regionları arasında da əməkdaşlıq münasibətlərinin genişləndiyini vurğulayıb.
Cari ildə Azərbaycan-Yaponiya diplomatik münasibətlərinin 25 illiyinin qeyd olunduğu, bu illər ərzində ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyi bildirilib.
Səfər çərçivəsində səfir G.İsmayılzadə Osaka şəhərinin meri Hirofumi Yoşimura ilə də görüşüb.
H.Yoşimura Azərbaycan haqda seminarın iki ölkə xalqlarının bir-biri haqqında daha çox məlumatlandırılmasına və onların yaxınlaşmasına xidmət etdiyini deyib.
G.İsmayılzadə Azərbaycan ilə Yaponiya arasında enerji sahəsində faydalı əməkdaşlığın səviyyəsindən məmnunluğunu bildirib, qeyri-enerji sektorunda da yüksək potensialın mövcudluğunu nəzərə alaraq kənd təsərrüfatı, turizm, sənaye, informasiya texnologiyaları, səhiyyə, təhsil, idman və əczaçılıq sahələrində əməkdaşlığın inkişafı ilə bağlı birgə səylərin fəallaşdırılmasının zəruriliyini vurğulayıb. Azərbaycanda mötəbər beynəlxalq tədbirlərin, idman yarışlarının, o cümlədən Formula-1, birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları və digər yarışların yüksək səviyyədə təşkil olunduğu, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu mötəbər tədbirlərə əhəmiyyətli töhfələri haqqında məlumat verib.
Görüşdə regionlararası əməkdaşlığın ölkələrimiz arasında münasibətlərin inkişafına xüsusi töhfə verdiyi vurğulanıb və bu istiqamətdə birgə səylərin fəallaşdırılması barədə razılıq əldə olunub.
Osaka meriyasının rəhbərliyi ilə keçirilən geniş tərkibli görüşdən sonra seminar işinə başlayıb.
Seminarda səfir Gürsel İsmayılzadə açılış nitqi ilə çıxış edib, tədbir iştirakçılarına Azərbaycan-Yaponiya münasibətləri haqqında geniş məlumat verib, 2017-ci ildə ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin qeyd olunduğunu vurğulayıb.
Diplomat Azərbaycanın iqtisadiyyatı, son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən nailiyyətlər, ölkəmizin enerji strategiyası, iqtisadiyyatın digər sahələri, o cümlədən sənaye, kənd təsərrüfatı, turizm haqqında geniş məlumat verib. Azərbaycanın Cənubi Qafqazda ən böyük dövlət olduğu və regionun iqtisadiyyatının 70 faizinin məhz Azərbaycanda cəmləşdiyi vurğulanıb.
Təqdimat zamanı G.İsmayılzadə 2017-ci ilin yanvar-sentyabr aylarında ölkəmizin iqtisadi göstəriciləri, makroiqtisadi durum, daxili və xarici investisiyalar, ticarət dövriyyəsi haqqında ətraflı məlumat verib.
Həmçinin səfir Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətlilik göstəricisi üzrə 138 ölkə arasında 37-ci pilləyə, Dünya Bankının “Doing Business” hesabatında isə 190 ölkə arasında 57-ci pilləyə yüksəldiyini vurğulayıb. Ölkəmizin neft və qaz sahəsinin inkişafı, “Cənub Qaz Dəhlizi” haqqında ətraflı danışıb.
Azərbaycanda həyata keçirilən irimiqyaslı nəqliyyat layihələri barədə məlumat verən səfir oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışı olduğunu bildirib. Qeyd edib ki, bu layihə Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli siyasəti, Türkiyə, Gürcüstan dövlətləri ilə strateji tərəfdaşlıq münasibətlərimiz nəticəsində reallaşıb. Vurğulayıb ki, yeni nəqliyyat dəhlizi Azərbaycanın tranzit ölkə kimi imkanlarını xeyli genişləndirəcək, valyuta qazanmaq imkanlarımız artacaq, Azərbaycan iqtisadiyyatının inkişafı ilə bağlı yeni imkanlar yaranacaq. Bildirilib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun uzunluğu təxminən 850 kilometrdir və onun 504 kilometri Azərbaycan ərazisindən keçir. Bu dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, növbəti mərhələdə 17 milyon ton, sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur. Bu xüsusda iştirakçılara Bakı Beynəlxalq Ticarət Limanı haqqında da ətraflı məlumat verilib.
Sonra G.İsmayılzadə iqtisadiyyatımızın daha bir vacib məqamı olan turizmin inkişafına toxunub, həmin sektorun ölkəmizdə inkişafı, Azərbaycana gələn turistlərə edilən təkliflər barədə danışıb.
Tədbir iştirakçılarına Azərbaycanda yaradılan texnoparklar, orada biznes üçün hökumətimiz tərəfindən təqdim olunan əlverişli şərtlər, investisiya imkanları haqqında tədbir iştirakçılarına ətraflı məlumat verilib.
Seminarda Azərbaycanın təhsil ocaqları haqqında da geniş məlumat iştirakçıların diqqətinə çatdırılıb.
Təqdimatdan sonra səfir seminar iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.
“Silk Way West” şirkətinin Yaponiyadakı nümayəndəliyinin rəhbəri Katsutoşi Tanaka da şirkətin ümumi fəaliyyəti haqda təqdimatla çıxış edib.
Səfir G.İsmayılzadənin Osaka şəhərinin meri ilə görüşü və seminar Yaponiya KİV-ləri, o cümlədən NHK telekanalı və “Mainichi Osaka” qəzeti tərəfindən işıqlandırılıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info