Azərbaycan və Britaniya şirkətləri arasında 2 memorandum imzalanıb
Tarix: 15.12.2017 | Saat: 00:09:00 | E-mail | Çapa göndər


Azərbaycan və Böyük Britaniya şirkətləri arasında 2 memorandum imzalanıb. İmzalanma Azərbaycan Respublikası hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 2-ci iclası çərçivəsində həyata keçirilib. qtisadiyyat naziri Şahin Mustafayevin və Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə naziri, hökumətlərarası komissiyanın həmsədri Baronessa Rona Feyrhedin həmsədrliyi ilə keçirilmiş iclasda hər iki ölkənin komissiyada təmsil olunan müvafiq qurumlarının rəsmiləri iştirak ediblər. Komissiyanın iclasında iqtisadiyyat, ticarət, investisiya, sənaye, enerji, kənd təsərrüfatı, rabitə və yüksək texnologiyalar, təhsil, mədəniyyət və turizm, gənclər və idman, ekologiya sahələrində mövcud əməkdaşlıq və əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə edilib. Şahin Mustafayev Azərbaycan və Böyük Britaniya arasında iqtisadi əlaqələr barədə məlumat verərək, ölkəmizin Britaniya ilə əlaqələrin inkişafına önəm verdiyini, ölkələrimiz arasında əməkdaşlığın iqtisadiyyatın müxtəlif sahələrində uğurla davam etdiyini vurğulayıb. Hazırda Azərbaycanda 500-dən çox Britaniya sərmayəli şirkətin fəaliyyət göstərdiyi, ölkəmizdə həyata keçirilən layihələrdə bu şirkətlərin podratçı qismində iştirak etdiyi bildirilib. Qeyd olunub ki, Britaniya şirkətləri Sumqayıt Kimya Sənaye Parkına və digər parklara investisiya qoya, birgə müasir ət və süd emalı müəssisələri və heyvandarlıq təsərrüfatları yaradıla, qida sənayesi məhsulları istehsal edilə, birgə investisiya forumu keçirilə bilər. Azərbaycanın ixrac potensialı olan məhsullarının Böyük Britaniyaya ixracı üçün geniş imkanlar var. Şahin Mustafayev Britaniyanın aparıcı şirkətlərinin Azərbaycanda müasir ət və süd emalı müəssisələri və heyvandarlıq təsərrüfatları yarada biləcəyini, fitosanitar sertifikatlarının mübadiləsinin araşdırılmasını diqqətə çatdırıb. Britaniya Azərbaycanın nəqliyyat infrastrukturundan və tranzit imkanlarından istifadə edə bilər. Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə naziri, hökumətlərarası komissiyanın həmsədri Baronessa Rona Feyrhed Azərbaycana ilk dəfə səfər etdiyi və səfərindən məmnunluğunu bildirib, ölkəmizin qısa müddət ərzində böyük inkişaf yolu keçdiyini vurğulayıb. Nazir Azərbaycan ilə Böyük Britaniya şirkətləri, xüsusilə də BP arasında əməkdaşlığı yüksək qiymətləndirib. Bildirib ki, BP-də çalışanların 89 faizi Azərbaycan vətəndaşlarıdır. İclasın sonunda Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 2-ci iclasının yekunlarına dair protokol imzalanıb. İclas çərçivəsində müzakirə olunmuş məsələlərin və komissiyanın gələcək fəaliyyət istiqamətlərinin öz əksini tapdığı protokolda iqtisadiyyat, ticarət, investisiya, sənaye, turizm, enerji, təhsil, mədəniyyət və s. sahələrdə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. Hökumətlərarası Komissiya çərçivəsində, həmçinin Azərbaycan və Böyük Britaniya şirkətləri arasında 2 memorandum imzalanıb.
Anar




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”
16.11.2018
Sumqayıtda lift təsərrüfatı yenilənəcək
16.11.2018
Sumqayıtda yolların əsaslı təmirinə 1,5 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info