BMT-nin Şimali Koreyaya qarşı sanksiyaları tam həcmdə həyata keçirilməlidir.
Tarix: 15.12.2017 | Saat: 00:15:00 | E-mail | Çapa göndər


Yaponiyanın Baş naziri Şinzo Abe Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş ilə bir araya gələrək Şimali Koreyanın nüvə-raket proqramları nəticəsində artan təhlükənin qarşısını almaq istiqamətində müzakirələr aparıblar. “Kyodo” agentliyi xəbər verir ki, görüşdə Şinzo Abe və Antonio Quterreş BMT Təhlükəsizlik Şurasının Şimali Koreyaya qarşı sanksiyalarını tam həyata keçirməyə çağırıblar. Baş nazirin iqamətgahında baş tutan görüşdə tərəflər, həmçinin bildiriblər ki, Koreya yarımadasının nüvə silahından təmizlənməsi regionda sülhə və sabitliyə əvəzedilməz töhfə ola bilər. Danışıqlardan sonra jurnalistlərlə görüşən A.Quterreş bildirib ki, BMT Təhlükəsizlik Şurasının Şimali Koreyaya qarşı sanksiyaları tam həcmdə həyata keçirilməlidir. BMT Təhlükəsizlik Şurasında nazirlərin görüşünə toxunan Baş nazir Şinzo Abe isə deyib ki, Şimali Koreyaya qarşı təzyiqləri gücləndirəcək güclü siqnalın əldə edilməsinə çalışacaqlar. Şimali Koreya ətrafında müasir vəziyyətə toxunan A.Quterreş vurğulayıb ki, ən pis cəhət dramatik vəziyyətin daha gərginləşməsi və hadisələrin müharibəyə doğru irəliləməsidir. Şimali Koreyaya mümkün səfəri barədə sualı cavablandıran BMT-nin baş katibi qeyd edib ki, müsbət nəticə gözləniləcəyi təqdirdə o, istənilən vaxt istənilən yerə getməyə hazırdır. Ş.Abenin A.Quterreşlə söhbəti zamanı Şimali Koreya tərəfindən oğurlanmış Yaponiya vətəndaşları məsələsinə də toxunulub. Ş.Abe bildirib ki, həmin şəxslərin geri qaytarılması onun rəhbərlik etdiyi administrasiyanın ən əsas vəzifələrindəndir. A.Quterreş öz növbəsində bildirib ki, o, yapon ailələrinə bu qədər sıxıntı gətirən məsələnin həlli üçün mümkün olan hər şeyi etməyə hazırdır. Görüşdə BMT-nin islahatları məsələsinə də toxunulub. Bu beynəlxalq təşkilatda daimi üzv olmağa can atan Yaponiya öz tərəfindən həmin islahatları dəstəklədiyini bildirib.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10496

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info