“Wiener Zeitung”: “Rusiya ABŞ-ı Yaxın Şərqdə “oyundan çıxarır”
Tarix: 15.12.2017 | Saat: 00:16:00 | E-mail | Çapa göndər


“Rusiya üçün Aralıq dənizində hərbi iştirakı vacibdir. Bu, keçmiş SSRİ-nin dağılmasından sonra pozulan balansı bərpa etmək üçün əhəmiyyətlidir”

“Suriya münaqişəsi göstərdi ki, Rusiya Yaxın Şərqdə “güc və maraqların balansını” təmin etməyə və bölgədə ABŞ-ın hegemonluğunu zəiflətməyə nail olub”.
Bu fikirlər Avstriyanın gündəlik “Wiener Zeitung” qəzetində yer alıb. Ekspertlərin fikrincə, Rusiya qoşunlarının Suriyadan çıxarılması "simvolik" xarakter daşıyır və gələcəkdə Moskva Dəməşqlə yanaşı Misir və Sudanı da “geosiyasi oyununa” daxil edəcək. “Wiener Zeitung” yazır: “Rusiya Suriyadakı müharibə nəticəsində onilliklər ərzində ABŞ hökmranlığı altında olan Yaxın Şərqdə yeni bir təsir vasitəsi əldə edə bildi. İran və Türkiyə ilə ittifaqda olan Rusiya artıq Qərbi bu oyundan çıxara bilib. Bununla da Moskva Suriya prezidenti Bəşər Əsədin siyasi həyatının davam etməsini təmin etməyə müvəffəq olub. Qərb məmnuniyyətlə Suriya liderinin hakimiyətdən uzaqlaşdırardı. Ancaq Moskvanın dəstəyi buna mane oldu. Elə vəziyyət yaranıb ki, Vaşinqtonun Yaxın Şərqdə təsirini itirə bilər”. Nəşr yazır ki, Rusiyanın 2015-ci ildə Suriyaya hərbi müdaxiləsi geosiyasi maraqlardan irəli gəlirdi. Moskva bununla Aralıq dənizində olan yeganə hərbi bazasını - Tartusu qoruya bildi. İndi isə daha bir baza Xmeymimdə yerləşir: “Bir çox ekspertl Rusiyanın öz qoşunlarını tamamilə Suriyadan çıxaracağına şübhə ilə yanaşır. Rusiya üçün Aralıq dənizində hərbi iştirakı vacibdir. Bu, keçmiş SSRİ-nin dağılmasından sonra pozulan balansını bərpa etmək üçün əhəmiyyətlidir”. “Wiener Zeitung” yazır ki, Kreml bundan sonra geosiyasi oyunlarına Misir və Sudan kimi ölkələri də daxil edəcək. Təsadüfi deyil ki, son iki ildə Rusiya nəinki milyardlarla dollarlıq silah ticarəti razılaşmaları imzalayıb, həmçinin Misirin dəniz sahillərində hərbi baza yaradılması imkanını qeyri-rəsmi şəkildə müzakirə edib. Bundan başqa, Moskva Liviya ilə də Suriya modeli üzrə razılaşmağa ümid edir. Belə görünür ki, Moskvanın əsas məqsədlərindən biri Yaxın Şərqdə postamerikan siyasi düzəni yaratmaqdan ibarətdir. Nəşr yazır ki, Rusiyanın regionda istədiyi nəticəyə nail olması çox çətin olacaq.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Ermənistan nümayəndəsinin KTMT-nin baş katibi seçilməməsi Paşinyana ciddi zərbə olacaq”
21.11.2018
Çavuşoğlu S-400-lə bağlı məsələyə son qoydu: “Anlaşmanın ləğv edilməsi mümkün deyil”
21.11.2018
RecExpo 2018-də Monteneqronu kəşf et: 2019-da açılacaq ruhlandırıcı dənizkənarı kurort Portonovi
20.11.2018
Belarus səfəri Ermənistanda böyük rezonans doğurub
20.11.2018
Moldova prezident idarəçiliyinə qayıtmaq istəyir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info