“Azərbaycan gənci bütün sahələrdə öz sözünü deyə bilir”
Tarix: 15.12.2017 | Saat: 00:32:00 | E-mail | Çapa göndər


Lalə Mehdiyeva:
“AGAT, hər zaman olduğu kimi, gənclərin fərdi inkişafının gücləndirilməsi və sağlam həyata təşviqi istiqamətində fəaliyyətini davam etdirəcək”

Ötən illərlə müqayisədə III sektorda gənclərimizin aktivliyi xeyli dərəcədə artıb. Bunu vətəndaş cəmiyyətində gənclərin gördüyü işlər, həyata keçirdikləri layihələr bir daha açıq-aydın göstərir. Hətta elə QHT-lər var ki, gənclərin ictimai həyatda özlərini təsdiqləməsi üçün məktəbə çevrilib. Bu baxımdan, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) fəaliyyəti daha çox diqqət çəkir. Elə AGAT-ın yeni seçilən sədri Lalə Mehdiyeva bu məktəbin nümayəndəsidir. Lalə Mehdiyeva “Palitra”ya müsahibəsində AGAT-ın yeni strateji hədəflərini açıqlayıb.
-Lalə xanım, öncə özünüz haqqında danışmağınızı istərdik.
-2011-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin məzunu olmuşam. Təhsil aldğım illər ərzində hər zaman sosial tədbirlərdə, könüllülük fəaliyyəti etmişəm. Bu gün də bir Azərbaycan gənci olaraq vətənimi çox sevirəm və dəyərlərimizi üstün tutaraq həm özümün fərdi inkişafım, həm də dövlətimin gələcəyi üçün Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatında (AGAT) fəaliyyət göstərirəm.
-Dövlətin gənclər siyasətinin nə kimi müsbət nəticələri var?
-Bu gün cəmiyyətin aparıcı qüvvəsi sayılan Azərbaycan gənci artıq öz sözünü bütün sahələrdə deyə bilir, qərar qəbuletmədə azaddır. Gələcək fəaliyyətində, özünü cəmiyyətdə doğrultmaq, xaricdə təhsilini davam etdirmək üçün gənclərimizə hər bir şərait yaradılıb. Bu və digər faktlar gənclər siyasətinin müsbət nəticələridir.
-Sizcə, Azərbaycan gəncliyi lazımi məqamlarda öz sözlərini deyirmi?
-Bu gün Azərbaycan gəncliyinin inkişafı üçün hər bir şərait mövcuddur. Elə qeyd etdiyimiz dövlət gənclər siyasəti bunun bariz nümunəsidir.Azərbaycan gənclər siyasətinin hər bir bölməsində birbaşa gənclərin maraqları əsas tutulub. Gənclər həm ictimai-siyasi proseslərdə qərar qəbuletmədə, həm beynəlxalq tribunadan öz sözünü demək hüququna malikdirlər.
Eyni zamanda özünə güvənən gənc fəaldırsa, istedadı varsa, innovativ düşüncəyə sahibdirsə, müxtəlif təşkilatlarda fəaliyyət göstərə bilir, öz ideyalarını reallaşdıra bilir. Həm də özünü inkişaf etdirmək, karyera qurmaq istəyən gənclərə də hər zaman qapılar açıqdır.
-Təşkilat sədri olaraq nə dərəcədə məsuliyyətinizin artdığını hiss edirsiz?
-Əlbəttə, təşkilat sədri olmaq qürurvericidir və bir o qədər də məsuliyyət tələb edir. Təşkilatda artıq 2011-ci ildən fəaliyyət göstərirəm. Bu müddətdə layihələrdə iştirak edib təcrübə toplamışam. İndi isə sədr kimi gənclərə dəstək olmaq, onları doğru yönləndirmək, nümunə olmaq üçün əlimdən gələni edəcəyimə inanıram.
-Bu yaxınlarda dövlət başçısı tərəfindən “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı təsdiqlənib. Bu Dövlət Proqramının gənclərin inkişafında nə kimi rolu olacaq?
-Bildiyimiz kimi, dövlət başçısı artıq 3-cü dəfədir ki, Azərbaycan gəncliyi Dövlət Proqramı haqqında sərəncam imzalayıb. Bu proqram Prezidentin 29 dekabr 2012-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf konsepsiyasına əsasən hazırlanmışdır.
İnanıram ki, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı da ötən illərdə olduğu kimi, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaradacaq. Azərbaycanın dövlət siyasətinin məqsədi gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaqdır. Bu siyasət cəmiyyətin bütün sahələrində gənclərin inkişafına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, gənc nəslin sağlamlığını qorumaq, təhsil və məşğulluq məsələlərinə diqqətin artırılması, müasir informasiya və kommunikasiya texnologiyalarından səmərəli istifadə etmək və s. kimi mühüm məsələləri özündə cəmləşdirmişdir. Bu məsələlər birbaşa gənclərin maraqlarını əks etdirir. Bu da dövlət başçısının uzaqgörən siyasətinin təzahürüdür.
-AGAT olaraq bu proqramdan çıxış edərək hansı tədbirlər keçirməyi nəzərdə tutursunuz?
-Təbii ki, AGAT növbəti fəaliyyətini gənclər siyasətinə uyğun istiqamətlərə yönəldib. AGAT, hər zaman olduğu kimi, intellektual, innovativ düşüncəyə malik olan hər bir gəncin inkişafına yardımçı olmağa, onların daha da təkmilləşməsinə, sosial layihələrin hazırlanmasında yaxından iştirakına dəstək olacaqdır. Gənclərin fərdi inkişafının gücləndirilməsi və sağlam həyata təşviqi istiqamətində fəaliyyətini davam etdirəcəkdir.
- AGAT-ın yeni strateji hədəflərini açıqlaya bilərsizmi?
-AGAT, hər zaman olduğu kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair ölkəmizin beynəxalq tribunalarda haqq səsinin çatdırılması istiqamətində fəaliyyətini davam edəcəkdir.
Bildiyiniz kimi, AGAT beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir və daha yeni əməkdaşlıqlar qurmaq istiqamətində işlər görməyə davam edir. Növbəti illərdə gənclərin sosial rifahının yaxşılaşdırılması istiqamətində seminarlar keçiriləcək. Artıq 2 aydır ki, bu istiqamətdə 4 tədbir həyata keçirmişik.
Eyni zamanda gənclərin fəallaşması, onların qərar qəbuletmədə iştirakı, vətəndaş cəmiyyətində biznesyönümlü ideyalarının reallaşdırılmasında, gənc liderlərin formalaşmasına dəstək göstərilməsi hədəflərimizdədir. Bu istiqamətdə AGAT nəzdində fəaliyyət göstərən Etika Akademiyasının geniş fəaliyyəti vardır. Orada müxtəlif mövzularda - natiqlik, davranış qaydaları və liderlik üzrə təlimlər həyata keçirilir.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar
07.09.2018
“BANM-i bitirdikdən sonra bacarıqlı mühəndis olacağıma inanıram”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info