Real” klubu klublararası Dünya Çempionatının yarımfinalında BƏƏ-nin “Əl-Cəzirə” komandasına qalib gəlib. Qarşılaşma 2:1 hesabı ilə "Real"ın qələbəsi ilə başa çatıb. Qolları rəqib komandanın qapısından Kriştian Ronaldo və Qareta Beyl keçirib. Bununla da "Real" futbol üzrə klublararası Dünya Çempionatının finalına çıxıb. Ronaldo isə növbəti rekorda imza atıb. O, klublararası Dünya Çempionatı tarixinin ən yaxşı bombardiri olub. Portuqaliyalı hücumçu "Əl-Cazira"ya qarşı matçda fərqlənərək çempionatda vurduğu qolların sayını 6-ya yüksəldib. Bununla da Ronaldo Lionel Messi, Luis Suares, Sesar Delqadonu (5 qol) geridə qoyaraq ən yaxşı bombardir olub.
|