“NipponTV” telekanalında Azərbaycan haqqında xüsusi veriliş yayımlanıb
Tarix: 15.12.2017 | Saat: 15:53:00 | E-mail | Çapa göndər


AZƏRTAC xəbər verir ki, Yaponiyanın populyar “NipponTV” telekanalında Azərbaycan haqqında xüsusi veriliş yayımlanıb.
Məşhur aparıcı xanım İmoto tərəfindən hazırlanan verilişlər təqribən 30 milyon tamaşaçı tərəfindən izlənir və çox yüksək reytinqə malikdir.
Çəkiliş qrupunun Azərbaycana səfəri zamanı hazırlanan proqramda milli musiqimizin sədaları altında Bakı şəhərinin gözəlliyindən danışılıb, görməli yerləri tamaşaçılara təqdim edilib. Xətai rayonunda Prezident İlham Əliyevin Sərəncamı ilə salınan Yapon bağının görənləri valeh etdiyi xüsusilə qeyd edilib. Prezident İlham Əliyevin 2006-cı ildə Yaponiyaya səfəri barədə məlumat verən aparıcı, bu Gündoğar ölkənin mədəniyyətinə göstərilən diqqətə görə minnətdarlığını bildirib.
Əsasən əyləncəli xarakterdə hazırlanan verilişdə Xəzər dənizində yerləşən Neft daşları, Azərbaycanın dünyanın enerji təhlükəsizliyində oynadığı böyük rol haqqında da geniş məlumat verilib. Azərbaycanda yerləşən təbiət möcüzələri - Naftalan, Yanar dağ və palçıq vulkanları haqqında məlumatlar verilişin iştirakçıları tərəfindən xüsusi maraqla qarşılanıb. Azərbaycanın həm də “Odlar yurdu” adlandırıldığı, odun ölkəmizin rəmzi kimi dövlət gerbində də öz əksini tapdığı diqqətə çatdırılıb. Azərbaycanın qədim tarixinin bir parçası olan Qobustan qayaüstü rəsmləri də yapon tamaşaçılara təqdim edilib.
Azərbaycan Dillər Universitetində Yapon dili dərsləri haqqında geniş məlumat, bu ali təhsil ocağında yapon dili dərslərinin necə keçirilməsi barədə görüntülər də tamaşaçıların xüsusi marağına səbəb olub.
Ölkəmizdə idmana böyük qayğının göstərildiyi qeyd edilən verilişdə idmançılarımızın beynəlxalq yarışlarda uğurlu çıxışları barədə də məlumat verilib.
Milli mətbəximiz haqqında danışan aparıcı yarpaq dolmasının hazırlanma prosesində iştirak edib, bu milli yemək növünün çox dadlı olduğunu bildirib.
Bakı bazarlarına baş çəkən çəkiliş qrupu bu bazarların bolluğu ilə diqqəti cəlb etdiyini bildirib. Azərbaycan nemətlərinin keyfiyyəti ilə fərqləndiyi yapon tamaşaçıların diqqətinə çatdırılıb. Verilişdə Xəzər dənizindən çıxarılan qara kürünün öz keyfiyyət və dadına görə dünya bazarlarında tanındığı da vurğulanıb.
Veriliş Azərbaycanın Yaponiyadakı səfirliyinin “Nippon TV” telekanalı ilə mütəmadi əməkdaşlığı nəticəsində həmin telekanalın əməkdaşlarının noyabrın 1-dən 10-dək ölkəmizə baş tutan səfəri nəticəsində ərsəyə gəlib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
22.04.2019
Dmitri Peskov: Putinin Zelenski ilə əməkdaşlığından danışmaq hələ tezdir
22.04.2019
“Aeroflot” Böyük Vətən Müharibəsi veteranlarına pulsuz aviabilet verəcək
22.04.2019
Şri-Lankada daha bir partlayış törədilib
22.04.2019
Londonda həbs edilən etirazçıların sayı 963-ə çatıb
22.04.2019
Şri-Lankada silsilə partlayışlarda ölənlərin sayı 290-a çatıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info