“Dağlıq Qarabağ münaqişəsinin hüquqi-diplomatik aspektləri” mövzusunda tədbir keçirilib
Tarix: 15.12.2017 | Saat: 16:11:00 | E-mail | Çapa göndər


Azərbaycan Dillər Universitetində (ADU) Regionşünaslıq kafedrası və Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının birgə təşkilatçılığı ilə Auditoriya+ layihəsi çərçivəsində “Dağlıq Qarabağ münaqişəsinin hüquqi-diplomatik aspektləri” mövzusunda tədbir keçirilib.Açılış nitqi ilə çıxış edən Regionşünaslıq kafedrasının müdiri, dosent Sevdagül Əliyeva tədbirin əhəmiyyətli bir mövzuya həsr edildiyini qeyd edib və çıxış üçün sözü məruzəçilərə verib.Regionşünaslıq kafedrasının müəllimi Elşən Məcidov Dağlıq Qarabağ münaqişəsinin hüquqi-diplomatik aspektləri sahəsində son tədqiqatlar haqqında ətraflı məlumat verib. Dağlıq Qarabağ münaqişəsinin həllinin dövlətimizin qarşısında duran ən vacib məsələlərdən olduğunu bildirən E.Məcidov bu problemin həlli istiqamətində hüquqi-diplomatik addımların əhəmiyyətini xüsusilə vurğulayıb. O, həmçinin, erməni təcavüzü nəticəsində itirilən ərazilər və qaçqın statusu haqqında rəsmi məlumatları, münaqişənin həllini ləngidən ikili standartları iştirakçıların diqqətinə çatdırıb.Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi, professor Solmaz Rüstəmova-Tohidi də Dağlıq Qarabağ münaqişəsinin problem olaraq qalmasını dövlətimizə qarşı göstərilən təzyiqlərlə əlaqələndirib. O, əlavə edib ki, biz məsələnin maraqlarımıza uygun şəkildə həll edilməsi üçün diplomatik cəhdlərimizi daha da gücləndirməli, problemi qabardaraq beynəlxalq müstəviyə çıxarmalıyıq.Tədbir müzakirələrlə yekunlaşıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info