ADNSU-nun rektoru Moskva Dövlət Universitetinin nümayəndəsi ilə görüşüb
Tarix: 15.12.2017 | Saat: 16:35:00 | E-mail | Çapa göndər


Dekabrın 15-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) “Təhsilin fəlsəfəsi” kafedrasının müdiri, fəlsəfə elmləri namizədi Yelena Brızqalina ilə görüşüb. Görüşdə "Sənaye təhlükəsizliyi və əmək mühafizəsi" kafedrasının müdiri, professor Sakit Rəsulov da iştirak edib. Bu haqda universitetdən redaksiyamıza məlumat verilib.
ADNSU-nun rektoru, professor Mustafa Babanlı universitetin tarixi, tədris prosesi, fəaliyyət istiqamətləri və əldə olunan nailiyyətlər barədə qonağa məlumat verib.Azİİ-nin (ADNSU) keçmiş SSRİ-də xarici ölkələr üçün mütəxəssis hazırlayan 3 əsas universitetdən biri olduğunu qeyd edən rektor M.Babanlı hazırda ali məktəbdə tədrisin keyfiyyətinin yüksəldilməsi, elmi sahənin inkişafı və digər sahələrdə böyük işlərin görüldüyünü bildirib.
ADNSU-da elmin inkişafına xüsusi önəm verildiyini bildirən rektor, prof. M.Babanlı son 2 ildə magistrant və doktorantların sayının bir neçə dəfə artdığını bildirib. Prof. Mustafa Babanlı “Web of science” informasiya bazasına daxil olan məqalələrin sayında da ciddi artımın olduğunu Yelena Brızqalinanın diqqətinə çatdırıb.
Səmimi qəbula görə, rektora minnətdarlığını bildirən MDU-nun “Təhsilin fəlsəfəsi” kafedrasının müdiriYelena Brızqalina burada olmaqdan çox məmnun olduğunu və ADNSU ilə əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.
Görüşün tərəflər arasında əməkdaşlığın inkişaf etdirilməsi, birgə müxtəlif layihələrin həyata keçirilməsi haqqında razılıq əldə olunub.
Sonda ADNSU-nun rektoru Mustafa Babanlı qonağa xatirə hədiyyəsi təqdim edib.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Türkcə “Vikipediya”da Azərbaycanla bağlı məqalələrin yaradılması prosesi sürətlənir
21.11.2018
Sərhəd idarəçiliyi üzrə potensialın gücləndirilməsi istiqamətində görülən tədbirlər müzakirə edilib
21.11.2018
Bakıda Azərbaycan-Qazaxıstan Gənclərinin Forumu işə başlayıb
21.11.2018
YAP-ın yaranmasının 26 illiyi ilə əlaqədar Pirallahıda tədbir keçirilib
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info