Doktorantura təhsilinin təşkili qaydaları yenidən hazırlanacaq
Tarix: 15.12.2017 | Saat: 17:31:00 | E-mail | Çapa göndər


"Son illər qəbul imtahanlarında 500 bal toplayanların sayı 28, 600 bal toplayanların sayı 43 faiz artıb. Son qəbul imtahanında 700 bal toplayanların sayında isə 50 faiz artım müşahidə edilib". Bunu təhsil nazirinin vəzifəsini icra edən təhsil nazirinin birinci müavini Ceyhun Bayramov bildirib. C. Bayramov deyib ki, ali məktəbləri bitirən oğlan tələbələrə möhlət hüququnun verilməsi bu il magistraturaya qəbulda əksini tapıb: "Magistraturaya qəbul olan oğlan tələbələrin sayı 74 faiz artıb. Ümumiyyətlə, magistraturaya qəbul 36 faiz artıb".
C. Bayramov ali təhsil müəssisələrində 30 yaşa qədər elmlər doktoru olmamasına, 63 yaşdan yuxarı elmlər doktorlarının üstünlük təşkil etməsinə diqqət çəkib: "Hazırda Təhsil Nazirliyi tərəfindən doktorantura təhsilinin təkmilləşdirilməsi, Avropa təhsil məkanının tələblərinə uyğun strukturlaşdırılması istiqamətində işlər davam etdirilir. Bununla əlaqədar Avropa Komissiyası, AMEA və bir sıra təhsil müəssisələrinin iştirakı ilə müqavilə layihəsi reallaşdırılıb. Layihənin əsas məqsədi Azərbaycanda doktorantura təhsilinin mövcud vəziyyəti və Avropanın doktorantura təhsili ilə müqayisəsinin aparılması, Azərbaycanda doktorantura təhsilinin təşkili qaydalarının yenidən hazırlanması, ixtisas təsnifatının Avropada mövcud olan təsnifata uyğunlaşdırılmasından ibarətdir. Müqavilə səviyyəsində doktorantura səviyyəsində keyfiyyətin təminatı, doktorantura təhsil standartlarının müəyyənləşdirilməsi və ölkə üzrə doktorantura təhsili aparan təhsil müəssisələrini birləşdirən vahid portalın yaradılması nəzərdə tutulub. Tədqiqat universitetlərinin mövcudluğu, ali məktəblərə bu statusun verilməsi vacibdir. Bu barədə layihə hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib".

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.06.2019
Elçibəyin xanımının hüzr mərasimi Heydər Məscidində keçiriləcək
18.06.2019
CASCFEN sonuncu seminarını Sabunçu rayonunda keçirib
18.06.2019
“Azərxalça”nın Qazax, Tovuz və Şəmkir filiallarının xalçaları qəbul edilib
18.06.2019
Şamaxıda müharibə veteranlarının və əlillərin toplantısı olub
18.06.2019
IDEA ilə Ümumdünya Turizm Təşkilatı arasında Anlaşma Memorandumu imzalanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10807

1 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
2 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib
3 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
4 Çilidə güclü zəlzələ olub
5 Diaspor rəhbərinə Rusiya Prezidentinin fəxri fərmanı təqdim olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info