AMEA prezidenti: “2020-ci ildə gənc alimlərə yeni mənzillər veriləcək“
Tarix: 15.12.2017 | Saat: 17:32:00 | E-mail | Çapa göndər


"Gənc alimlərin stimullaşdırılması və sosial problemlərinin həlli elmin inkişafına müsbət təsir göstərir". Bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə deyib. A. Əlizadə bildirib ki, gənc alimləri stimullaşdırmaq vacibdir: "Elmin cəmiyyətin inkişafında rolunu artırmaq üçün elm yalnız dövlət büdcəsindən deyil, digər mənbələrdən də maliyyələşməlidir. Düzdür, Azərbaycanda qrant yolu ilə maliyyələşmə bir neçə ildir, tətbiq olunur. Lakin müasir tələblərə uyğun olaraq bu sistem təkmilləşdirilməli və gənc alimlərin fəaliyyətinin stimullaşdırılmasına yönəldilməlidir".
AMEA prezidenti qeyd edib ki, əsas məsələlərdən biri gənc alimlərin sosial müdafiəsi ilə bağlıdır: "Elmi əməyin stimullaşdırılması vacibdir. Həyatını yeni quran gənclik üçün bu, xüsusilə əhəmiyyətlidir. Son illər alimlərin əmək haqqının artırılması istiqamətində ardıcıl addımlar atılır. Gənc alimlərin mənzillə təminatı da vacibdir. İlkin olaraq xeyli gənc alimə mənzillərinin açarları təqdim olunub. Saray qəsəbəsində Alimlər şəhərciyi salınması barədə razılıq əldə edilib. Yaxın vaxtlarda orada təməl qoyulacaq. İnanırıq ki, 2020-ci illərdə növbəti mənzillərin açarları gənc alimlərə təqdim ediləcək".

Nigar




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info