ƏƏSMN, BMT-nin İnkişaf Proqramı və Beynəlxalq Əmək Təşkilatı arasında Niyyət Məktubu imzalanıb
Tarix: 15.12.2017 | Saat: 17:35:00 | E-mail | Çapa göndər


Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP), Beynəlxalq Əmək Təşkilatı (BƏT) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında Niyyət Məktubu imzalanıb. Sənədi əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMTİP-in rezident nümayəndəsi Qulam İsakzai və BƏT-in Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə Ofisinin direktoru Olqa Kulayeva imzalayıblar. 
Tədbirdə S.Müslümov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə dayanıqlı sosial-iqtisadi inkişafın təmin olunduğunu və iqtisadiyyatın sosialyönümlü inkişafında əmək resurslarının məşğulluq imkanlarının artırılması pinsipinin ön planda saxlandığını vurğulayıb. Nazir respublikada aktiv məşğulluq tədbirlərinin genişləndirilməsinə, əmək bazarının inkişafına və layiqli əməyin təminatına yönələn kompleks tədbirlərin həyata keçirildiyini vurğulayıb: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu sahələrdə aparılan siyasətin qabaqcıl dünya təcrübəsinə uyğun təkmilləşdirilməsi və səmərəli icra mexanizminin formalaşdırılmasında, aktiv əmək bazarı proqramlarının hazırlanması və icrasında BMTİP və BƏT-lə geniş əməkdaşlıq gündəliyinə malikdir. Birgə aparılan işlər ümumilikdə BMT-nin 2016–2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədlərindən irəli gələn aidiyyəti məsələlərin həllində də uğurlu əməkdaşlıq təcrübəsinin yaranmasına imkan verib”. 
S.Müslümov BMTİP ilə birgə 2002-2012-ci illərdə “Milli sosial müdafiə sisteminin inkişafı və Milli Məşğulluq Strategiyası üzrə nəzərdə tutulmuş fəaliyyətlərin həyata keçirilməsi”, 2011-2015-ci illərdə “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihələrinin icra olunduğunu qeyd edib. O bildirib ki, ötən ilin aprelində növbəti dövr üçün “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsi imzalanaraq icrasına başlanılıb: “BƏT-lə əməkdaşlıq əlaqələri də getdikcə güclənir. Bu mötəbər beynəlxalq təşkilatın Konvensiya və Tövsiyələrindən irəli gələn prinsiplərin milli qanunvericilikdə tətbiqi istiqamətində mühüm addımlar atılıb. “2016-2020-ci illər üzrə əməkdaşlıq prioritetlərini və çərçivəni müəyyən edən ikinci Layiqli Əmək üzrə Ölkə Proqramı BƏT-lə əməkdaşlıqda yeni bir inkişaf mərhələsi açıb. Ölkəmizdə məşğulluq xidmətləri üzrə potensialın gücləndirilməsində, aktiv əmək bazarı proqramlarının, xüsusilə özünüməşğulluq proqramının icrasında BƏT-lə fəal əməkdaşlıq həyata keçirilir. 2017-ci ilin iyun ayından Azərbaycanın BƏT-in İdarə Heyətində təmsil olunması ölkəmizin bu Təşkilatla ötən dövrdə sıx və səmərəli əməkdaşlığına, respublikamızda əmək və məşğulluq sahələrində mütərəqqi yanaşmalar əsasında aparılan məqsədyönlü işlərə verilən yüksək beynəlxalq dəyərin ifadəsidir”.
Nazir imzalanan Niyyət Məktubunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, BMTİP və BƏT arasında müvafiq fəaliyyət sahələri üzrə əməkdaşlığın genişləndirilməsi məramını ifadə etdiyini vurğulayıb.
Q.İsakzai BMT-nin bütün ölkələrə 2030-cu ilədək Dayanıqlı İnkişaf Proqramından irəli gələn öhdəliklərin yerinə yetirilməsində və öz milli prioritetlərini bu Məqsədlərə uyğunlaşdırmaqda davamlı olaraq dəstək göstərdiyini bildirib. O, Azərbaycanda əmək resurslarının səmərəli məşğulluğunun təminatı sahəsində aparılan işləri bundan sonra da dəstəkləməkdə davam edəcəklərini vurğulayıb. O.Kulayeva Azərbaycanın BƏT-lə fəal əməkdaşlığını yüksək dəyələndirib, Təşkilatın ölkəmizdə aktiv məşğulluq tədbirlərinin, o cümlədən özünüməşğulluq proqramının genişləndirilməsi üçün aparılan işlərə yaxından dəstək verməkdə maraqlı olduğunu qeyd edib.
Niyyət Məktubunda BMTİP və BƏT-in məşğulluq, aktiv əmək bazarı proqramları sahələrində və ümumilikdə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında fəaliyyətlərini genişləndirməkdə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin isə aktiv əmək bazarı proqramlarını, xüsusilə də özünüməşğulluq proqramını idarə etmək potensialını artırmaqda maraqlı olduqları bildirilir. Sənəddə Azərbaycan Respublikasında özünüməşğulluq proqramının həyata keçirilməsi və genişləndirilməsi, milli məşğulluq strategiyasının icra edilməsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin potensialının artırılması daxil olmaqla, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq etmək istəyi əksini tapır. Qeyd olunur ki, gözlənilən nəticə Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədləri üzrə gündəliyin, məşğulluq strategiyasının və özünüməşğulluq proqramının həyata keçirilməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək göstərilməsinə yönələn, bir-birini tamamlayan və bir neçə məqsədə eyni zamanda nail ola bilmək imkanı verən layihələr və təşəbbüslər olacaqdır.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info