Amerikalı alim Azərbaycanda elmi araşdırmalar aparıb
Tarix: 15.12.2017 | Saat: 17:37:00 | E-mail | Çapa göndər


ABŞ-ın Nyu-York Universitetinin Qədim Dünyanın Tədqiqatı İnstitutunun əməkdaşı doktor Selin Nugent Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları ilə birgə elmi araşdırmalar aparıb.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, amerikalı alimin cəlb olunduğu beynəlxalq elmi-tədqiqat layihəsinin əsas mövzusunu tunc dövründə Cənubi Qafqazda, əsasən də Azərbaycan ərazisində qədim yerli əhalinin qida rasionu və ərzaq çeşidləri üzrə araşdırılması təşkil edir.
Arxeologiya və Etnoqrafiya İnstitutunun rəhbərliyi və əməkdaşları doktor Selin Nugentə lazımi dəstəyi göstərib, amerikalı tədqiqatçının institutun arxeoloji fondunda çalışmasına şərait yaradıblar.
Qeyd edək ki, texnoloji cəhətdən inkişaf etmiş qabaqcıl ölkələrdə qədim abidələrin arxeoloji tədqiqi zamanı üzvi qalıq tapıntılarının izotop tərkibinin analizi nəticəsində qədim əhalinin istifadə etdiyi ərzağın çeşidi barədə mühüm məlumatlar əldə edilir.
Türkiyədə neolit və xalkolit dövrü Çatal Höyük abidəsində apardığı tədqiqatlardan sonra amerikalı alım Naxçıvan Muxtar Respublikasında (Şərur düzünün tunc dövrü abidələri) və Lerikdə (Piboztəpə antik nekropolu) üzvi tapıntıların izotop analizlərinin aparılması, Azərbaycanın qədim əhalisi barədə arxeometrik məlumatların beynəlxalq elmi dövriyyədə tanıdılması istiqamətində fəaliyyət göstərib. Türk və Azərbaycan dilini müfəssəl bilən doktor S.Nugent bu il Ohayo Universitetində “Orta tunc dövründə Şərur düzündə maldarların hərəkət dinamikası və məskən komplekslərinin formalaşması” mövzusunda dissertasiya müdafiə edib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
“Təqaüdlərin artırılması dövlətin tələbə gəncliyə göstərdiyi böyük qayğının daha bir əməli ifadəsidir”
15.02.2019
Bərdədə məcburi köçkünlər üçün ödənişsiz tibbi müayinə təşkil edilib
15.02.2019
Neftçalada özünüməşğulluq proqramı çərçivəsində yaradılmış təsərrüfatlara baxış olub
15.02.2019
Sahil Babayev Neftçalada 5 rayonun sakinləri ilə görüşüb
15.02.2019
Təqaüdlərin artırılması tələbələrin sosial müdafiəsinin daha da yaxşılaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info