Azərbaycan-Böyük Britaniya əlaqələrinin enerji istiqaməti ətrafında müzakirələr aparılıb
Tarix: 15.12.2017 | Saat: 18:42:00 | E-mail | Çapa göndər


Energetika Nazirliyində energetika naziri Pərviz Şahbazovla Böyük Britaniyanın ticarətin və ixracın təşviqi üzrə naziri, hökumətlərarası komissiyanın həmsədri Baronessa Rona Feyrhedin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
Energetika Nazirliyindən verilən məlumata görə, görüşdə Azərbaycan-Böyük Britaniya əlaqələrinin enerji istiqaməti ətrafında müzakirələr aparılıb, neft-qaz ilə yanaşı, gələcəkdə bərpa olunan enerji mənbələri üzrə əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.
Energetika naziri ölkə iqtisadiyyatında neft-qaz sektorunun uzun illər aparıcı mövqeyə malik olduğunu qeyd edərək bildirib ki, hazırda iqtisadiyyatın şaxələndirilməsini, qeyri-neft sektorunun inkişafını təmin edən islahatlar həyata keçirilir. Böyük Britaniyadan yüksək səviyyəli səfərlərin iki ölkə arasında münasibətlərin daha da möhkəmlənməsinə daim töhfələrlə müşayiət olduğunu vurğulayan P.Şahbazov müstəqilliyin ilk illərindən Böyük Britaniyanın Azərbaycanın enerji sahəsində tərəfdaşı kimi fəaliyyətini, əsas investor kimi çıxış etməsini, BP şirkətinin nümunəsində yaradılmış uğurlu əməkdaşlıq modelini yüksək qiymətləndirib. “Şahdəniz-2” layihəsinin icrası və “Azəri-Çıraq-Günəşli” müqaviləsinin uzadılması ilə hər iki ölkənin uzunmüddətli perspektivdə maraqlarına təminat yarandığını bildirib.
Böyük Britaniyanın ticarətin və ixracın təşviqi üzrə naziri, hökumətlərarası komissiyanın həmsədri Baronessa Rona Feyrhed isə təmsil etdiyi hökumətin BP-nin iştirakı ilə Azərbaycanın enerji sektorunda həyata keçirilən layihələrə, eləcə də “Cənub Qaz Dəhlizi”nin başa çatdırılmasına dəstəyini ifadə edib. Davamlı enerji təminatında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə ilə bağlı Azərbaycanın gördüyü işlər və planlarla maraqlanıb.
Görüşdə Azərbaycan-Böyük Britaniya enerji əməkdaşlığına dair digər mühüm məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Fuad




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Azərbaycan İrana neft ixracını azaldıb
20.01.2019
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi artıb
19.01.2019
2018-ci ildə Bakı-Supsa kəməri ilə 3,7 milyon ton neft ötürülüb
18.01.2019
Sərbəst Satış Sertifikatı sahibkarlara yeni ixrac imkanları qazandırıb
18.01.2019
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturu dəyişdirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info