ADA Universitetində “Big Data” tədqiqat mərkəzi fəaliyyətə başlayıb
Tarix: 15.12.2017 | Saat: 18:44:00 | E-mail | Çapa göndər


BP və onun “Azəri-Çıraq-Günəşli”, Bakı-Tbilisi-Ceyhan, “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşlarının dəstəyi ilə ADA Universitetində Azərbaycanda ilk “Big Data” tədqiqat mərkəzi fəaliyyətə başlayıb.
 
Ötən ildən həyata keçirilməyə başlamış bu layihə BP və tərəfdaşlarının ölkədə təhsilin inkişafına və iş bilgisinin artırılmasına dəstəyinin bir hissəsidir.
 
Bu mərkəzin ardınca ADA Universitetində "Big Data"nın Təhlili və data elmi üzrə yeni magistr dərəcəyi proqramı da fəaliyyətə başlayacaq ki, bu da ölkənin data mütəxəssislərinə və “Big Data” üzrə analitiklərə olan qarşılanmasına xidmət edəcək. Mərkəz həmçinin daha geniş təsirə malik olacaq. O, dövlət təşkilatları və özəl sektorun təmsilçiləri üçün açıq olacaq və onlara öz resurslarından istifadə imkanı yaradacaq.
 
Layihənin başlamasından ötən bir il ərzində data təhlili üzrə kitabxana yaradılıb, aparat və proqram təminatı daxil olmaqla bütün avadanlıqlar və resurslar, 30 iş terminalı quraşdırılıb, işçi heyətinə təlim keçirilib. Hazırda Mərkəz fəaliyyət göstərməyə tam hazırdır.

Bu bir illik layihə 2016-cı ilin oktyabr ayında başlayıb və ADA Universiteti tərəfindən həyata keçirilir. Layihənin dəyəri 410 min dollar təşkil edir.
 
Mərkəzin açılışına həsr edilmiş tədbirdə çıxış edən ADA Universitetinin rektoru, professor Hafiz Paşayev bildirib ki, mərkəzin yaradılması ölkənin akademik cəmiyyəti üçün çox vacibdir. Onun sözlərinə görə, mərkəz bütün sahələr üzrə tədqiqat bacarıqlarının genişləndirilməsinə və tədqiqat ekosisteminin inkişaf etdirilməsinə kömək edəcək: “İnformasiya texnologiyaları və mühəndislik institutu iş sahəsi və lazımi hesablama avadanlıqları ilə təchiz olunmuş laboratoriya yaratmaqla mərkəzin fəaliyyətə başlamasında əsas rol oyanıb. Mən əminəm ki, mərkəz akademik cəmiyyət və sektorlar arasında olan qarşılıqlı faydalı əməkdaşlığı daha da möhkəmləndirəcək".
 
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz bildirib ki, BP və tərəfdaşları bu yeni “Big Data” mərkəzini açmaqdan məmnundur: “Bu mərkəz bu qəbildən olan ilk və mən deyərdim ki, unikal bir tədqiqat ocağıdır və ölkədə  yeni bir sənaye sahəsinin inkişafına təkan verəcək. İnanırıq ki, bu, ölkənin qlobal “big data” bazasının bir hissəsinə çevrilməsi və böyük həcmli məlumatların emalında regionda aparıcı yer tutması üçün geniş imkanlar yaradır. Biz informasiyaya çıxışın gücə bərabər olduğu bir dünyada yaşayırıq. "Big Data" həmin gücün sərhədlərini daha da  genişləndirir. Təhlillərin keyfiyyətini və icra sürətini anlamaq çətindir. Sizə öz sektorumuzdan sadə bir misal çəkmək istəyirəm. BP əməkdaşının yaratdığı bir alqoritm duz təbəqələrindən keçərək altdakı qatları görməklə 200 milyon barrel neft ehtiyatına malik yeni bir yatağı kəşf etməyimizə yardım edib. Hyuston şəhərindəki "Big Data" mərkəzimizə bu alqoritmin emal edilməsinə sadəcə iki həftə tələb olunub. Halbuki, hesablamalarımıza əsasən bunun üçün XX əsrin superkompüterlərinə min ildən artıq vaxt tələb olunacaqdı".
 
Onun sözlərinə görə, ən əsası isə bu mərkəz ölkədə data üzrə ixtisaslaşmış alimlərin, data və informasiya üzrə mühəndislərin və “Big Data”nın təhlili üzrə peşəkar mütəxəssislərin yetişdirilməsinə təkan verəcək: “Biz Təhsil Nazirliyi və ADA Universiteti ilə qurduğumuz bu əməkdaşlıqdan çox məmnunuq. Biz birlikdə data elmləri üzrə təcrübə də daxil olmaqla, bir sıra sahələrdə ölkədə iş bilgisinin, bacarıqların və səriştələrin inkişaf etdirilməsinə dəstək olmaq üçün işlər görə bilərik”.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.08.2019
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 100 il ötür
17.08.2019
Leyla Əliyeva Müslüm Maqomayevin məzarını ziyarət edib
17.08.2019
Dövlət Gömrük Komitəsi şirkətlərdən imtahan götürür
16.08.2019
Rusiya və İran hərbi gəmiləri Bakı limanını tərk edib
16.08.2019
İqtisadiyyat nazirinin müavini Masallıda vətəndaşları qəbul edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10859

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info