“İqtisadiyyatımızın tələblərini ödəmək üçün yüksəkixtisaslı mütəxəssis və alimlər hazırlanır”
Tarix: 15.12.2017 | Saat: 19:25:00 | E-mail | Çapa göndər


“Bu gün Azərbaycan iqtisadiyyatının tələblərini ödəmək məqsədilə yüksəkixtisaslı mütəxəssis və alimlər hazırlanır”. Bunu təhsil nazirinin müavini Ceyhun Bayramov Azərbaycan Gənc Alimlərinin I Qurultayında deyib.
XXI əsrin milli təhsil quruculuğunun “Yol xəritəsi” sayılan “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq Təhsil Nazirliyi tərəfindən həyata keçirilən layihələrdən söz açan Ceyhun Bayramov ali təhsil sisteminin yeni inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və formalaşdırılması üzrə görülən işlərin ali təhsil müəssisələri qarşısında yeni vəzifələr qoyduğunu söyləyib.
Təhsilin keyfiyyətinin yüksəldilməsi və kadr hazırlığının təmin edilməsindən danışan Ceyhun Bayramov 2014-cü ildə “SABAH” qruplarının yaradılması, “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na dəyişikliklər edilməsi, tələbələrə uzunmüddətli güzəştli kreditlərin verilməsinin tələbələrin təhsilalma imkanlarının genişləndirilməsi məqsədilə atılan addımlardan olduğunu deyib.
Respublikamızın orta ümumtəhsil məktəblərində “Kiçik akademiya”ların fəaliyyətindən danışan Ceyhun Bayramov həmin akademiyaların alimlərlə əlaqələr yaratmaq, şagirdlərə tədqiqat aparmaq, elmi nəticələri ümumiləşdirmək və onları təqdim etmək bacarıqlarının aşılanması, məktəblilər üçün konfrans və müsabiqələrin təşkil edilməsində xüsusi əhəmiyyətə malik olduğunu vurğulayıb.


Nigar




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Bərdədə vətəndaşlarla görüşüb
16.11.2018
Sumqayıt Kimya Sənaye Parkında tütün məmulatları istehsalı fabriki istifadəyə verilib
16.11.2018
Prezident İlham Əliyev Sumqayıt şəhərinə səfərə gedib
16.11.2018
Məşğulluq Strategiyası insan kapitalının inkişafında, məşğulluğun təminatında mühüm addımların atılmasına imkan yaradacaq
15.11.2018
Peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair Dövlət Proqramı təsdiqlənib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info