BANM-də “CİSCO”nun Şəbəkə Akademiyası yaradılacaq
Tarix: 15.12.2017 | Saat: 21:05:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov “CİSCO” şirkətinin Azərbaycan üzrə meneceri Şərif Şıxlinski və şirkətin MDB ölkələri üzrə şəbəkə akademiyasının proqram meneceri xanım Alyona Domotenko ilə görüşüb.
BANM-dən bildirilib ki, görüşdə rektor qonaqlara rəhbərlik etdiyi ali məktəb haqqında məlumat verərək burada təhsil alan tələbələrin informasiya texnologiyaları üzrə yüksək nəzəri və praktiki biliklərə malik olduqlarını vurğulayıb. Rektor BANM-in proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının Azərbaycanda yüksək informasiya texnologiyaları təfəkkürünə malik ən istedadlı tələbələr yetişdirdiyini və bu gün həmin tələbələrə şirkətlər tərəfindən böyük ehtiyac duyulduğunu bildirib.
Şirkətin Azərbaycan üzrə meneceri Şərif Şıxlinski “CİSCO”nun informasiya texnologiyaları sahəsində dünya lideri olduğunu və şirkətlərə gələcəyin imkanlarından faydalanmağa kömək etdiyini vurğulayıb. Xanım Alyona Domotenko isə “CİSCO”nun təhsil ocaqları ilə əlaqələrindən danışıb, eləcə də şirkətin Şəbəkə Akademiyası (Networking Academy) haqqında məlumat verib.
Görüşdə tərəflər birgə əməkdaşlığın mümkün istiqamətlərinə dair müzakirələr aparıb və razılığa gəliblər. Müzakirələrin nəticəsi olaraq BANM-in yeni kampusunda “CİSCO”nun Şəbəkə Akademiyasının yaradılması qərara alınıb.
BANM-in və digər universitetlərin tələbələrinin yararlana biləcəyi bu mərkəzdə “CİSCO”nun mütəxəssisləri tərəfindən təlimlərin aparılması, müxtəlif layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

Nigar




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info