Ermənistan səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib
Tarix: 15.12.2017 | Saat: 21:28:00 | E-mail | Çapa göndər


Dekabrın 15-də Ermənistanın Fransadakı səfirliyinin binası qarşısında Kəlbəcərdə girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması tələbi ilə etiraz aksiyası keçirilib. Aksiyada Fransada yaşayan Azərbaycan diaspor təşkilatlarının nümayəndələri iştirak edib.
Aksiya iştirakçıları əllərində Azərbaycan bayraqları, Dilqəm Əsgərov və Şahbaz Quliyevin portretlərini və müxtəlif plakatlar tutaraq səfirliyin qarşısında “Ermənistan aqressiyaya son ver!", “Azərbaycan torpaqlarını işğala son qoy!”, “Girovları azad et!”, “Qarabağdan əlini çək!” kimi şüarlar səsləndiriblər.

Aksiya iştirakçıları Dilqəm Əsgərov və Şahbaz Quliyevə Dağlıq Qarabağ ərazisində qondarma məhkəmə nəticəsində qeyri-qanuni iş kəsildiyini bildirib, onların əsir və girov saxlanıldığını, fiziki və psixoloji işgəncə altında olduğunu qeyd ediblər. Girovluqda saxlanılan azərbaycanlıların dərhal azadlığa buraxılması tələb olunub. Aksiya Ermənistan səfirliyinə bəyanat təqdim etməklə, insidentsiz başa çatıb.

Xatırladaq ki, azərbaycanlı mülki vətəndaşlar Dilqəm Əsgərov və Şahbaz Quliyev 2014-cü ilin iyul ayında öz doğmalarının məzarlarını ziyarət edərkən erməni silahlı birlışmələri tərəfindən oğurlanaraq, girov götürülüblər. Onlar üzərində saxta məhkəmə prosesi keçirilib və birinə 22 il, digərinə isə ömürlük həbs cəsası verilib.




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Türkiyə şəhidlərinin övladları Azərbaycana gəliblər
17.01.2019
İki nəfər Zabrat qəsəbəsindəki Sosial Sığınacağa aparılıb
17.01.2019
Açıq dənizdə dalğanın hündürlüyü 7,9 metrə çatıb
17.01.2019
DİN: Məmməd Əmin Rəsulzadənin barelyefini oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb
17.01.2019
“Loqos” turizm şirkəti ilə əməkdaşlıq haqqında memorandum imzalayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info