“Armenianreport”: “Ermənistan suverenliyini itirərək Rusiyadan tam asılı vəziyyətdədir”
Tarix: 15.12.2017 | Saat: 23:07:00 | E-mail | Çapa göndər


“Rusiya sərhədçiləri bizə öz ərazimizdə-İrəvan-Gorus-Meqri-İran dövlətlərarası yolunda təmir işləri aparmağa icazə vermirlər”

“Ermənistan artıq suveren dövlət kimi mövcud deyil, o yalnız Rusiyanın bir hissəsidir”. Bu fikirləri bir müddət əvvəl Ermənistanın “1in.am” saytına açıqlamasında erməni politoloq İqor Muradyan bildirmişdi. Onun sözlərinə görə, bir müddət sonra Ermənistanın suverenliyi məsələsi BMT-də qaldırılacaq: “Biz suveren dövlətikmi? Qərb dünyası ilə dostuq, yoxsa NATO və ABŞ-ın düşməniyik? Bunu başa düşəndə artıq gec olacaq, hər şey itiriləcək”.
Ötən müddər ərzində Ermənistanın Rusiyadan asılılığı daha da artıb. “Armenianreport” saytında yer alan yazı da ermənilərin bu vəziyyətlə bağlı etirafı kimi qəbul edilə bilər. Yazıda deyilir ki, “Köçəryan və Sərkisyanların səyləri ilə öz suverenliyini itirən Ermənistan bu gün tamamilə əbədi "strateji müttəfiqimizin iradəsindən" asılıdır”. Məqalədə qeyd edilir ki, Serjik Sərkisyan Ermənistanın müstəqilliyinin 26-cı ildönümü münasibətilə bağlı keçirilən qəbulda “müstəqilliyimizin növbəti ildönümünü daha güclü bir dövlət kimi qeyd edəcəyik” fikrini səsləndirib: “Həmən gün hökumət mediası və vəzifəli şəxslər, 26 illik dövlət müstəqilliyi dövründə Ermənistanın əldə etdiyi nailiyyətlər barədə danışmaq üçün canfəşanlıq edirdilər. Ancaq ən kədərlisi budur ki, onların pafoslu çıxışlar etməsinə baxmayaraq, bizim qürurlanacaq müstəqilliyimiz yoxdur.

“Sərkisyanın hakimiyyətini qorumaq üçün Kreml qarşısında özünü necə alçaltdığı göz qabağındadır”

Əksinə, Köçəryan və Sərkisyan kimi naşı rəhbərlərin səyi nəticəsində Ermənistan öz suverenliyindən tamamilə məhrum edilib və hazırda strateji müttəfiqimizin iradəsindən asılı vəziyyətdədir. Bu gün də Sərkisyanın hakimiyyətini qorumaq üçün Kreml qarşısında özünü necə alçaltdığı göz qabağındadır. Ermənistan cəmiyyəti Rusiya qoşunlarının və Federal Təhlükəsizlik Xidməti sərhədçilərinin ölkəmizin ərazisindəki fəaliyyəti ilə bağlı narahatlıq ifadə etdi. Məsələ bundadır ki, onlar Ermənistanda özlərini bu torpaqların tam hüquqlu sahibi kimi aparırlar. Nə baş verir? Məlum olur ki, Rusiyanın sərhəd xidməti Ermənistan hökumətinə İrəvan-Gorus-Meqri-İran dövlətlərarası yolun 40 metrlik hissəsini təmir etməyə icazə verməyib. Rusiyanın bu addımı Ermənistan kimi “suveren” bir dövlət üçün böyük təhqirdir. Necə olur ki, Rusiya sərhədçiləri bizə öz ərazilərimizdə təmir işləri aparmağa icazə vermir. Yaponiya və ya Almaniyada hərbi bazalara sahib olan ABŞ atacağı hər bir addımı Tokio və ya Berlinlə qarşılıqlı razılaşma əsasında həyata keçirir. Bizim hakimiyyətin rusların ölkəmizin sahibi kimi davranmasın qarşı hər hansı bir reaksiyası olubmu? Təbii ki, yox! Bizim hakimiyyət nümayəndələri passiv müşahidəçiliklə kifayətlənirlər. Bu da başadüşüləndir. Axı qarşıda 2018-ci ilin apreli, Sərkisyanın həyatında rusların mühüm rol oynaya biləcəyi dövr gəlir. Ruslar bizim maraqlarımızı ayaq altına ataraq özləri istədikləri şəkildə davranır, bizə əmr verməyə davam edirlər”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Belarus səfəri Ermənistanda böyük rezonans doğurub
20.11.2018
Moldova prezident idarəçiliyinə qayıtmaq istəyir
20.11.2018
Gürcüstanda 150-dən çox sabiq vəzifəli şəxsə qarşı cinayət işi açıldı
19.11.2018
Avropa İttifaqı vahid kəşfiyyat mərkəzi yaradır
19.11.2018
İranda bahalaşma davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info