Media təmsilçilərinin Türkiyə səfəri davam edir
Tarix: 15.12.2017 | Saat: 23:50:00 | E-mail | Çapa göndər


Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə Azərbaycanın media təmsilçilərinin Türkiyənin İstanbul şəhərinə səfərlər proqramı davam edir. Media təmsilçiləri Türkiyənin məşhur media qurumlarında görüşlər keçiriblər. TURKUVAZ Media Qrupuna gedən nümayəndə heyətinə media qrupun mövcud durumu, tətbiq etdiyi texnologiyalar barədə məlumat verilib. Daha sonra görüş ingilisdilli "Daili Sabah" qəzetinin redaksiyasında davam etdirilib. Qəzetin redaktoru Mehmet Çelik xəbər əldəetmə və yayma imkanları, ümumilikdə mediaya münasibət barədə fikirlərini çatdırıb. O, nümayəndə heyətini maraqlandıran sualları cavablandırıb. TURKUVAZ Media Qrupunun yayımladığı xəbərlərdə Azərbaycana aid informasiyaların kəmiyyəti və keyfiyyəti barədə xüsusi müzakirələr aparılıb. Daha sonra nümayəndə heyəti üzvlərinin İstanbul Aydın Universitetində görüşü keçirilib. Universitetin direktor müavini Selman Arslanbaş nümayəndə heyətinə Universitetin fəaliyyəti, Azərbaycanla bağlı proqramları barədə məlumat verib. Daha sonra Universitetdə təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirilib. Nümayəndə heyətinin üzvləri İstanbulda tarixi abidələrlə tanış olub, mədəniyyət obyektlərində görüşlər keçiriblər. Azərbaycan media təmsilçilərinin İstanbula səfər proqramı dekabrın 17-nə qədər davam edəcək. Məlumat üçün bildirək ki, səfər proqramı Fondun «Beynəlxalq media təcrübəsinin öyrənilməsi və tətbiqi» layihəsi çərçivəsində keçirilir.
Anar




 
Bölməyə aid digər xəbərlər
25.03.2019
Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin sayı artır
23.03.2019
Naxçıvanlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Bakıya gəliblər
22.03.2019
İtaliyanın “Agenzia Nova” saytı Novruz bayramının adət-ənənələrindən yazır
20.03.2019
Bayramın ikinci günündə hava əsasən yağmursuz keçəcək
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10705

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
3 Paşinyan reytinqini küçə süpürməklə qaldırmaq istəyir?
4 Lado Mehdiyevin xatirəsinə həsr olunmuş badminton turnirinə yekun vurulub
5 Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info