TEDxUNEC konfransı: “Çərçivədən kənar”
Tarix: 15.12.2017 | Saat: 23:58:00 | E-mail | Çapa göndər


UNEC-də (Azərbaycan İqtisad Universiteti) növbəti TEDxUNEC konfransı keçirilib. “Çərçivədən kənar” mövzusuna həsr olunan konfransda ölkəmizin təhsil, tibb və mədəniyyət sahələrinin tanınmış nümayəndələri iştirak ediblər. Konfransda Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı “Təhsilin gələcəyi – gələcəyin təhsili” mövzusunda çıxış edib. Kitabla informasiya daşıyıcılarının rəqabətindən danışan H.İsaxanlı informasiya kommunikasiya texnologiyalarından, eləcə də ali təhsil müəssisələrindən bəhs edib. Professor bildirib ki, bəşəriyyətin gələcəyi elmdədir. Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev “Kitablar və açıq düşüncə” mövzusunda fikirlərini bölüşüb. Mərkəzi Klinik Xəstəxananın baş həkimi, tibb elmləri doktoru Kamran Musayevin “Kardiocərrahın ürəyindən keçənlər” mövzusunda çıxışı maraqla qarşılanıb. Qeyd edək ki, dünyanın tanınmış alim və ictimai xadimlərini, biznes nümayəndələrini və digər peşə sahiblərini 33 ildən artıq müddətdə bir platformada toplayan TED (Technology, Entertainment, Design) intellektual konfransının məqsədi unikal ideyaları paylaşmaqdır. UNEC konfransın təşkili üçün TED təşkilatından rəsmi lisenziya alıb.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
23.02.2019
Bakıda 24 yaşlı ana 2 övladı ilə birlikdə itkin düşdü
23.02.2019
Turistlər polisdən razılıq edirlər
22.02.2019
Kənd təsərrüfatının inkişafında yeni mərhələ: Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqinə başlanıldı
22.02.2019
Xocalı soyqrımını törədənlər beynəlxalq məhkəmə qarşisinda cavab verməlidirlər
22.02.2019
“Təbiət Mənim Evim” layihəsi baş tutub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info