Rusiyalı alimə ADU-nun dəvətli professoru adı verilib
Tarix: 18.12.2017 | Saat: 15:17:00 | E-mail | Çapa göndər


Rusiyanın Ural Federal Universitetinin professoru, xarici regionşünaslıq kafedrasının müdiri Aleksandr Nesterova Azərbaycan Dillər Universitetinin (ADU) dəvətli professoru adı verilib.Universitetdən bildirilib ki, bu münasibətlə keçirilən tədbirdə rektor Kamal Abdulla ADU-nun dəvətli professoru vəsiqəsini rusiyalı alimə təqdim edib. Buna görə ADU rəhbərliyinə minnətdarlığını bildirən qonaq Azərbaycanı çox sevdiyini bildirib. A.Nesterov Rusiyada azərbaycanşünaslığın inkişaf etdiyini və artıq elmi istiqamətə çevrildiyini deyib. O, azərbaycanşünaslıq istiqamətində fəaliyyətinin bundan sonra daha da genişlənəcəyinə əminliyini ifadə edib.Akademik K.Abdulla rusiyalı professorun Azərbaycanla bağlı gördüyü işləri xüsusi qeyd edib: “Mən sizə bizim missiyamızı həyata keçirdiyiniz üçün dərin minnətdarlığımı bildirirəm. Bizim missiyamız dünyaya, o cümlədən qonşularımıza Azərbaycanı, onun tarixini, mədəniyyətini, dil və ədəbiyyatını tanıtmaqdan ibarətdir”. Rektorun sözlərinə görə, A.Nesterovla belə razılığa gəlinib ki, onun rəhbərlik etdiyi Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin fəaliyyəti daha da genişləndirilsin.K.Abdulla rusiyalı alimin bir neçə dəfə ADU-da olduğunu, burada mühazirələr oxuduğunu, müəllimlər və tələbələrin ona sevgi ilə yanaşdığını deyib.Digər çıxış edənlər də A.Nesterovun fəaliyyətini yüksək qiymətləndirib, onun mühazirələrinin əhəmiyyətindən söz açıblar.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib
19.09.2018
Uşaqlar üçün yardım Mərkəzi tərəfindən 113 nəfərə müxtəlif növ yardım göstərilib
19.09.2018
Neftçilərə yeni mənzillərin orderləri təqdim edilib
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info