“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) B Ə Y A N A T I
Tarix: 16.12.2017 | Saat: 23:26:00 | E-mail | Çapa göndər


Son günlər ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması bütün dünyada, xüsusilə islam aləmində böyük narahatlıq yaratmışdır. Bu şəhər minilliklər boyu üç müqəddəs dinin mərkəzi olmuş, müxtəlif etnik qrupdan olan xalqlar tarixin müxtülif dövrlərində burada dinc birgəyaşayışın mümkünlüyünü bütün dünyaya göstərmişlər.
Lakin təəssüflər olsun ki, 70 ilə yaxın bir dövrdə dünyanın bu narahat bölgəsində sülh səyləri lazımı nəticə verməmiş, BMT qətnamələri və digər beynəlxalq sənədlər kağız üzərində qalmışdır. Mürəkkəbi qurumamış icra olunan sənədlərdən fərqli olaraq, indiyədək Qüdsün statusuna dair əməli bir nəticə yoxdur. Yaxın Şərqdə vəziyyətin onsuz da böhran həddində olduğu, sülh səylərinin lazımı nəticələr vermədiyi bir dövrdə Qüdsün beynəlxalq hüquqa zidd olaraq, BMT qətnamələrinin əksinə İsrailin paytaxtı kimi tanınması vəziyyəti daha da mürəkkəbləşdirmişdir. Belə bir mürəkkəb, ziddiyyətli şəraitdə BMT Təhlükəsizlik Şurasının daimi üzvü, İsrail-Fələstin arasındakı danışıqlar prosesində vasitəçi dövlət kimi çıxış edən ABŞ tərəfindən Qüdsün paytaxt kimi tanınması İsrail və Fələstin xalqları arasındakı ədavəti daha da gücləndirə bilər. Bu, eyni zamanda ABŞ-ın dünyada demokratiyanı, insan hüquqlarını və azadlıqlarını yayan, onu ümumbəşəri bir dəyərə çevirmək missiyasını öz üzərinə götürən dövlət imicinə xələl gətirir.
Belə bir şəraitdə Türkiyə Cumhuriyyətinin prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İstanbulda fövqəladə toplantısının çağırılmasını olduqca cəsarətli və ədalətli bir yanaşma kimi qiymətləndirmək olar. Fələstin xalqının taleyinə biganə qalmayan islam ölkələri liderləri Türkiyənin bu məsələdə ədalətli mövqeyini dəstəkləməklə, eyni zamanda beynəlxalq hüququn aliliyinin qorunması zərurətini, BMT-nin norma və prinsiplərinin dövlətlərin milli maraqllarından üsün olmadığını bütün dünyaya nümayiş etdirdilər.
Bu gün islam aləmi böyük çağırış və təhlükələrlə üz-üzədir. Qarabağda erməni işğalının davam etdiyi bir dövrdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin toplantıya qatılması və çıxışı isə Azərbaycanın müstəqil siyasət yeridən, haqq-ədalətin yanında olan, mənsub olduğu sivilizasiyaya sədaqətli dövlət olduğunu bir daha sübut etdi.
Yaxın Şərqdə terror, xaos, anarxiyanın hökm sürdüyü bir şəraitdə islam sivilizasiyasına daxil olan ölkələrin həmrəyliyi olduqca vacibdir. Bu baxımdan İslam Əməkdaşlıq Təşkilaının İstanbul tolantısını, dövlət başçılarının və digər rəsmi şəxslərin oradakı çıxışlarını, qəbul edilən bəyannaməni sülh naminə dünyaya edilən haqlı çağırış, ədalətin səsi hesab emək lazımdır.
“Türkiyə Universietləri Məzunları” İctimai Birliyi olaraq hesab edirik ki, dünyada haqqın, sülh və ədalətin bərqərar olması üçün bu cür tədbirlərin böyük əhəmiyyəti vardır. Türkiyə Cumhriyyətinin təşəbbüsü və ev sahibliyi ilə baş tutan bu mötəbər tədbirin qəbul ediyi qərarları yüksək qiymətləndirir, bütün dünya dövlətlərini və beynəlxalq təşkilatları onun qərarlarına dəstək verməyə çağırırıq. ABŞ-ı bu əsassız qərardan imtina etməyə, Fələstin dövlətini beynəlxalq münasibətlər sisteminin bir üzvü, Şərqi Qüdsü isə bu dövlətin paytaxtı kimi tanımağa çağırırıq.





 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10487

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info