“İslam həmrəyliyinin Azərbaycan modelinin elmi əsasları” mövzusunda konfrans keçirilib
Tarix: 18.12.2017 | Saat: 15:36:00 | E-mail | Çapa göndər


AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) “İslam həmrəyliyinin Azərbaycan modelinin elmi əsasları” mövzusunda konfrans keçirib. Tədbirdə AMEA rəsmiləri və institutlarının təmsilçiləri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Qafqaz Müsəlmanları İdarəsinin, Azərbaycanda təmsil olunan müsəlman ölkələrinin səfirliklərinin, təhsil müəssisələrinin, media və ictimai təşkilatların nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik, millət vəkili İsa Həbibbəyli 2017-ci ilin Azərbaycanda “İslam həmrəyliyi ili” elan olunduğunu xatırladaraq AMEA-nın bu istiqamətdə gördüyü işlərdən bəhs edib. İ.Həbibbəyli İslam həmrəyliyinin müsəlman ölkələrində problemlərin həllinə, onlar arasında iqtisadi, mədəni münasibətlərin genişlənməsinə töhfə verdiyini söyləyib. Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İslam ölkələri arasında həmrəylik təşəbbüsü təqdirəlayiqdir və bu, müsəlman ölkələri tərəfindən də dəstəklənir. Akademik “İslam həmrəyliyi ili” çərçivəsində Mərkəzi Elmi Kitabxanada təşkil olunan tədbiri AMEA-dakı silsilə tədbirlərin yekunu adlandırıb. İslam aləminin, müsəlman ölkələrinin həmrəyliyinə ciddi-cəhdlə çalışan Azərbaycanın bu sahədə xüsusi fəallıq göstərməsini qeyd edərək, ölkəmizin beynəlxalq aləmdə nüfuzunu genişləndirməyə müvəffəq olduğunu bildirib.
BDU-nun professoru İzzət Rüstəmov Azərbaycanda nəiki islam, eyni zamanda müxtəlif dinlərə, məzhəblərə xüsusi həssaslıqla yanaşıldığını, tolerant ölkə olaraq bütün daxili və xarici siyasətdə bu məsələyə önəm verildiyini söyləyib. Alim Ulu Öndər Heydər Əliyevin dünyanın müsəlman liderləri arasında nüfuz qazanmasının kökündə onun böyük siyasi düşüncəsinin, zəkasının  dayandığını, bu gün də həmin siyasətin onun varisi prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini Azərbaycan modeli olaraq dünyada örnək sayılan müsbət addım kimi dəyərləndirib.
İraq Respublikasının Azərbaycandakı səfirliyinin üçüncü katibi xanım Enas Abdul Kadhim Mohammed Al-Khazraji Azərbaycanda İslam Həmrəyliyi ilə bağlı görülən işləri, o cümlədən Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələri yüksək qiymətləndirib, ölkələrin birlik nümayiş etdirməsini müsəlman dünyasına xeyir verə biləcək bir iş olacağına ümid etdiyini dilə gətirib.
BDU İlahiyyat fakültəsinin baş müəllimi, Qafqaz Müsəlmanları İdarəsinin şöbə müdiri, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov “Çoxluqdan birliyə: İslam məktəbləri arasındakı fərqliliklərə necə yanaşmalı?” başlıqlı məruzəsində İslam dinində müxtəlif dövrlər üzrə baş vermiş məzhəb təfriqələrinin xarakteri, səbəbləri və aradan qaldırılma cəhdləri haqqında ətraflı məlumat verib. O, İslam məzhəblərinin bir-birinə baxışını müsbət yönə yönəltmək üçün təkliflər səsləndirib. Məruzənin tam mətnini  buradan yükləyə bilərsiniz. 
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Xarici əlaqələr şöbəsinin müdiri Nicat Məmmədli “İslam dünyası və müasir çağrışlar”, BDU-nun İlahiyyat fakültəsinin dosenti Elnurə Əzizova “İslamda fərqli düşüncəyə münasibət”, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Analitika şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Rəşad İlyasov “Azərbaycanlı mütəfəkkirlərin İslam düşüncəsinin formalaşmasındakı rolu” (məruzənin tam mətnini buradan yükləyə bilərsiniz), AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Rauf Məmmədov “İslam həmrəyliyi problemləri və onun həlli yolları”(məruzənin tam mətnini buradan yükləyə bilərsiniz) mövzusunda elmi məruzələr ediblər. Çıxışlarda İslam həmrəyliyinə mane ola biləcək məqamlardan, onların tarixi, siyasi, coğrafi səbəblərindən və həlli yollarından bəhs edilib. Eyni zamanda müxtəlif sivilizasiyalar daxilində xüsusi intellektual çəkiyə malik olan məktəblərin mövcudluğuna diqqət çəkilərək İslam  mədəniyyətində də güclü intellektual məktəblərin, elmi mərkəzlərin mövcudluğundan, onlar arasında “Azərbaycan Məktəbi”nin xüsusi yerindən bəhs edilib. Bildirilib ki, “Azərbaycan Məktəbi” İslam sivilizasiyası daxilində intellektual körpü rolunu oynayıb. Çıxışlar zamanı AMEA tərkibində “İslam həmrəyliyi” elmi-tədqiqat mərkəzinin yaradılması təklifi səsləndirilib. 
Sonda Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova MEK-in təşkilatçılığı ilə keçirilən konfransın Azərbaycanda 2017-ci ildə elan olunan “İslam həmrəyliyi ili”nə töhfə olduğunu vurğulayıb. O, konfransın nəticəsi olaraq ictimaiyyətə ünvanlanmış müraciəti səsləndirib. Müraciətdə İslam dini daxilindəki müxtəlifliklər arasında əsaslı və taleyüklü fərqlərin olmadığı, bu müxtəlifliklərin mədəni-məişət özəlliklərindən irəli gələn fərqlər olduğu vurğulanır: “Hər bir müsəlman mövcud fərqlərə hörmətlə yanaşmalı və fərqlər zəminində yarana bilən münaqişələrin qarşısını almaq üçün çalışmalıdır. Müsəlmanın Allah qarşısında xidməti birlik və həmrəylikdən keçir. İslam həmrəyliyinin Azərbayacan modeli bu baxımdan unikal bir xarakter daşıyır. Belə ki, Azərbaycanda multikulturalizm və dini həmrəylik tarixdən gələn və Azərbaycan xalqının mədəni dəyərlərinə söykənən bir ənənədir. Təsadüfi deyil ki, istər keçmişdə, istərsə də günümüzdə müxtəlif dinlərin və məzhəblərin nümayəndələri ölkəmizdə bir ailə kimi yaşamış və yaşayırlar. Bu ənənə dini həmrəyliyin real olmasını və nümunə modeli kimi tətbiq olunmasının mümkün olduğunu sübut edir”.
Müraciət konfrans iştirakçıları tərəfindən yekdilliklə dəstəklənib. Müraciətin tam mətnini buradan yükləyə bilərsiniz. 
Nigar




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info