Hüseyn Cavidin və Kazım Qarabəkirin anadan olmalarının 135 illiyinə həsr olunmuş tədbir keçirilib
Tarix: 18.12.2017 | Saat: 16:15:00 | E-mail | Çapa göndər


AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) və “Turan Cavid Qadın Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə MEK-də “Türk dünyasının qüdrətli qılınc və qələmi” adlı konfrans keçirilib. Tədbir Türk dünyasının iki böyük simasının - Azərbaycan ədəbiyyatında mənzum dram janrının banisi, böyük romantik şair və ictimai xadim Hüseyn Cavidin və Türkiyə dövlət və hərbi xadimi Kazım Qarabəkirin anadan olmalarının 135 illiyinə həsr olunub.
Tədbirdə AMEA-nın, dövlət və ictimai qurumlarının, ali məktəblərin nümayəndələri, Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, Hüseyn Cavid və Kazım Qarabəkir mövzusuna müraciət etmiş sənətşünaslar, filoloq alimlər, rəssamlar, musiqi ifaçıları, aktyorlar, Hüseyn Cavid və Kazım Qarabəkirin ailə üzvləri iştirak ediblər.
AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru Leyla İmanova Hüseyn Cavidin və Türkiyənin görkəmli hərbi və dövlət xadimi, Atatürkün yaxın silahdaşlarından biri, Naxçıvanın erməni işğalından azad edilməsində mühüm rol oynamış Türk Ordusunun Şərq cəbhəsinin komandanı və Hüseyn Cavidin dostu Kazım Qarabəkir Paşanın xatirəsinə həsr olunmuş tədbirin türk elinin məslək və dostluq coğrafiyası üzərində qurulduğunu bildirdi. Direktor Mərkəzi Elmi Kitabxananın elmi və ictimai mərkəz kimi türkologiyaya həsr olunmuş bir sıra elmi layihələrin və təşəbbüslərin müəllifi və icraçısı olduğunu, türkdilli mənbələrin ən zəngim kataloquna malik, Hüseyn Cavid və Kazım Qarabəkirin fondları da daxil olmaqla bir çox mənbələri unikal layihəsi olan Azərbaycan Milli Rəqəmsal Yaddaş bazasında mühafizə etdiyini nümunə gətirdi. 
“Turan Cavid Qadın Mərkəzi” İctimai Birliyinin sədri Sevda Cəfərova hər iki mütəffəkkirin milli xidmətlərindən, türk dünyasındakı rolundan danışıb, onların dostluqlarını Türkiyə və Azərbaycan qardaşlığının rəmzi olması baxımından yenə də aktual və çağdaş olduğunu söyləyib.
AMEA-nın müxbir üzvü, Əməkdar incəsənət xadimi, Mədəniyyət və Turizm Nazirinin müavini professor Sevda Məmmədəliyeva tədbiri təqdirəlayiq adlandırıb, hər iki ictimai xadimin tariximizdəki əhəmiyyətli xidmətlərinə toxunaraq mövzunun “Bir millət, iki dövlət” anlayışına növbəti lazımlı töhvə olduğunu bildirib.
Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Erkan Özaral iki məslək sahibinin adına təşkil edilən tədbirin əhəmiyyətinə toxunaraq qələmlə və silahla mücadilə edən bu iki tarixi simanın daima yad olunduğunu və bu mənada MEK-də keçirilən toplantını yüksək qiymətləndirib.
“Kazım Qarabəkir Vəqfi”nin rəhbəri, Kazım Qarabəkirin qızı Timsal Qarabəkir “Kazım Qarabəkirin həyat və mübarizə yolu” haqqında geniş çıxış edib.
AMEA-nın muxbir uzvu, professor Əyyub Quliyev “Kosmik obyekt Huseyn Cavid – Huseyn Cavid planet” mövzusunda çıxış edib. Professor  Cəlal Qasımov Hüseyn Cavidin türkçülük məfkurəsinin dirçəlişinə, Turan elinin milli təfəkkürünün oyanışı uğrunda çalışan böyük türk övladı kimi qələmi ilə mübarizə aparmasından bəhs edib. Alim ümumilli lider Heydər Əliyevin təşəbüsü ilə Hüseyn Cavidin nəşinin Naxçıvana gətirilməsini şairin tək cismani olaraq Azərbaycana qaytarılmasının deyil, türkçülüyün Azərbaycana qaytarılmasının başlanğıcı kimi qiymətləndirdi. Professor Tahirə Məmməd “Məslək qardaşları – Hüseyn Cavid Əfəndi və Kazım Qarabəkir Paşa” adlı çıxışında yaşıd və dost olan ədibin və hərbi xadimin talelərinin kəsişən məqamlarından danışdı. "Kazım Qarabəkirin mədəniyyət sahəsində fəaliyyəti" haqqında  filologiya elmləri doktoru, dosent Pərvanə İsayeva, “Hüseyn Cavidin bəstəkar oğlu Ərtoğrul Cavid” mövzusunda isə tədbirin aparıcısı, Əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadə məruzə edib. Professor Asif Rüstəmli elmi yazılarda Hüseyn Cavid haqqında rast gəlinməyən faktlara və apardığı araşdırmalara, filologiya üzrə fəlsəfə doktoru Məlahət Kələntərli və digər çıxışçılar hər iki şəxsiyyətin fəaliyyətində örnək olan məqamlara toxunublar.
Tədbirdə eyni zamanda Azərbaycanın tanınmış xalçaçı rəssamı Afaq Kərimova “Təsviri sənətdə Hüseyn Cavid” mövzusunda çıxışında Hüseyn Cavid mövzusuna müraciət edən sənətkarlardan söz açıb,  müəllifi olduğu “Əbədiyyət” və “Heydər Əliyev və Hüseyn Cavid” xalçalarını, eləcə də “Planet” plakatı və  “Alın yazısı” batikasını təqdim edib.
Bakı Musiqi Akademiyasının professoru, Əməkdar incəsənət xadimi Ulviyyə Hacıbəylinin Ərtoğrul Cavidin piano üçün variasiyalarının ifasının ardından AzTV-nin solisti, vokalist Aynur İsgəndərli və ADMİU-nun müəllimi, fortepiano ifaçısı Sevda Axundova Üzeyir Hacıbəylinin “Cırpınırdın, Qara dəniz" və Ərtoğrul Cavidin Nigar Rəfibəylinin sözlərinə yazdığı “Eşq olsun" bəstələrini, həmçinin, Kazım Qarabəkirin “İstiqlal” marşını səsləndiriblər. Fikrət Əmirovun Hüseyn Cavidin “Şeyx  Sənan” dram əsərinin eyni adlı musiqi tamaşından “Kor ərəbin mahnısı” parçasını isə əməkdar artist Eyyub Yaqubov ifa edib.
Məruzələrdən və müsiqi kompozisiyalarından sonra Hüseyn Cavidin ailəsi adından  cıxış edən AMEA-nın müxbir üzvü, professor Məsumə Məmmədova  təşkilatçılara və iştirak edən bütün qonaqlara minnətdarlığını ifadə edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Aİİ Heydər Əliyev İrsini Araşdırma Mərkəzi ilə silsilə tədbirlərini davam etdirir
26.09.2018
BMT Əhali Fondunun nümayəndə heyəti ilə görüş keçirilib
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10146

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info