ƏƏSMN-in bərpa mərkəzlərində 34 671 nəfərə reabilitasiya xidmətləri göstərilib
Tarix: 18.12.2017 | Saat: 16:56:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bərpa mərkəzlərində cari ilin yanvar-noyabr aylarında ümumilikdə 34 671 nəfər əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud uşağa reabilitasiya xidmətləri göstərilib. Onlardan bir hissəsi stasionar, qalanları ambulator şəraitdə bərpa müalicəsi xidmətləri ilə təmin olunub.
Bərpa mərkəzlərində əlilliyi olan şəxslərin sosial statusunun bərpa edilməsi və cəmiyyətə inteqrasiyası məqsədilə müasir metodika və texnologiyalardan istifadə edilməklə kompleks tibbi və sosial, peşə reabilitasiyası tədbirləri görülüb. Bu təbəqədən olan hər bir şəxslə bağlı fərdi reabilitasiya proqramı hazırlanaraq həyata keçirilib. Bərpa müalicəsi alanların yaşı və sağlamlıqları nəzərə alınmaqla onlar mədəni-kütləvi tədbirlərə, müalicə idmanına cəlb olunub, dietik və rasional qidalanmaları təşkil edilib.
Həmçinin sağlamlıq imkanları məhdud uşaqların reabilitasiya potensiallarının təyin olunması və reallaşdırılması üçün məqsədyönlü işlər aparılıb. Səmərəli fizioterapevtik müalicə üsulları əsasında onların sağlamlıqlarının bərpası, həmçinin tədris-peşə reabilitasiyası üçün kompleks tədbirlərin həyata keçirilməsi təmin edilib.
Əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların protez-ortopedik xidmətlərlə təminatı işləri də davam etdirilir. Yanvar-noyabr aylarında nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən bu təbəqələrdən olan şəxslərə dayaq-hərəkət sisteminin itirilmiş funksiyalarının bərpası məqsədilə 28 936 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi (0 cümlədən 908 ədəd əlil arabası, 1 582 ədəd aşağı və yuxarı ətraf ortezi, 8270 ədəd müxtəlif reabilitasiya vasitələri, 1 188 ədəd aşağı və yuxarı ətraf protezi, 2 425 cüt protez ayaqqabı, 4 233 cüt ortopedik ayaqqabı, 573 ədəd bel və boyun nahiyəsi üçün korset, 221 ədəd ortopedik aparat və s.) verilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info