Bu il məşğulluğu təmin olunanların 33 faizi gənclərdən ibarət olub
Tarix: 18.12.2017 | Saat: 16:56:00 | E-mail | Çapa göndər


10 universitetdə keçirilən tədbirlərdə 2,9 mindən çox vakant iş yeri təqdim edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin birgə təşkilatçılığı ilə həmin ali təhsil müəssisəsində tələbə və məzunlar üçün “Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbiri keçirilib.
Tədbirin açılışı zamanı ölkəmizdə gənclər arasında məşğulluq səviyyəsinin artırılmasının dövlət məşğulluq siyasətinin mühüm tərkib hissəsi olduğu və bu istiqamətdə tədbirlərin ildən-ilə gücləndiyi vurğulanıb. Qeyd olunub ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq orqanları tərəfindən bu ilin 11 ayında məşğulluğu təmin olunanların 33 faizi, haqqı ödənilən ictimai işlərə cəlb olunanların 30 faizi gənclərdən ibarət olub. Nazirliyin xətti ilə təşkil olunan peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilənlərin isə 57,3 faizini gənclər təşkil edib. Sağlamlıq imkanları məhdud gənclərin yeni peşələrə və bununla məşğulluq imkanlarına yiyələnmələri üçün də məqsədyönlü işlər aparılır. Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzi tərəfindən cari ilin yanvar-noyabr aylarında 285 nəfər, Mərkəz istifadəyə verildiyi vaxtdan bəri isə 1310 nəfər peşə kurslarına qəbul olunub.
Gənclərin işəgötürənlərin tələblərinə uyğun peşə və ixtisas seçiminin dəstəklənməsi üçün təkcə bu ilin 11 ayında məşğulluq orqanları tərəfindən 91,4 min nəfər gəncə əmək bazarında peşə və ixtisaslara olan tələbat barədə məlumatlar və peşəyönümü məsləhətləri verilib. “Karyerada ilk addım” devizi altında təşkil olunan aktiv məşğulluq tədbirləri də əsasən gənclərdən ibarət olan tələbə və məzunların əmək bazarına çıxışının dəstəklənməsinə, onların işəgötürənlərlə ilkin əlaqələrinin qurulmasına xidmət edir. Cari ildə 10 universitetdə keçirilən belə tədbirlərdə 570 müəssisə üzrə 2,9 mindən çox vakant iş yeri təqdim edilib.
Hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Karyerada ilk addım” devizi altında təşkil olunan və 105 müəssisədən nümayəndənin iştirak etdiyi tədbirdə də 22-si dövlət, 285-i özəl sektora aid ümumilikdə 307 boş (vakant) iş yerinin tələbə və məzunlara təklif olunduğu vurğulanıb.
Tədbirdə tələbə və məzunlar işəgötürənlərlə ilkin ünsiyyət quraraq, şəxsi məlumatlarını (CV) onlara təqdim ediblər. İşəgötürənlərə isə müvafiq ixtisaslar üçün kadrların seçimini aparmaq imkanı yaradılıb. Həmçinin boş (vakant) iş yerlərinə göndərişlər verilib, ixtisasartırma kurslarına cəlb edilmək istəyənlərin qeydiyyatı aparılıb.

Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10468

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info