“Prezident İlham Əliyevin siyasəti və İslam həmrəyliyi: anlaşmadan əməkdaşlığa doğru“ adlı konfrans keçirilib
Tarix: 18.12.2017 | Saat: 17:50:00 | E-mail | Çapa göndər


Bu gün Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Prezident İlham Əliyevin siyasəti və İslam həmrəyliyi: anlaşmadan əməkdaşlığa doğru" adlı konfrans keçirilib. 
Konfransda komitə sədri Mübariz Qurbanlı, Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, Qafqaz Müsəlmanları İdarəsinin aparat rəhbəri Simran Həsənov, elm işçiləri, dini qurum təmsilçiləri, dindarlar iştirak ediblər. 
M. Qurbanlı bu ilin ölkə Prezidenti İlham Əliyev tərəfindən İslam həmrəyliyi ili elan olunduğunu xatırladaraq il ərzində görülən işlərdən danışıb. O qeyd edib ki, ayın sonunda QMİ ilə birgə böyük bir konfrans keçiriləcək və bununla da İslam həmrəyliyi ilinə yekun vurulacaq. Komitə sədri Azərbaycanda dini tolerantlıqdan, dinlərarası münasibətlərin inkişafından və buna dövlət dəstəyindən danışıb. Siyavuş Novruzov isə ölkədə dünyəvi dinlərə verilən dəyərdən bəhs edib. O qeyd edib ki, Azərbaycan düzgün olaraq İslamı "Qurani-Kərim"də təqdim olunduğu kimi təbliğ etmək yolunu seçib: "Dövlət tərəfindən dini qurumlara istənilən kömək göstərilir. Əsas dini tədbirlərdə dövlət başçısı iştirak edir. Dünyada Azərbaycan nümunə kimi göstərilir. Ölkədə bütün dini ayinlər bərabər şəkildə icra olunur. Qanunla qadağan olunmayan bütün icmalar fəaliyyət göstərir”. 
Millət vəkili onu da deyib ki, Azərbaycanın əraziləri işğala məruz qalanda çox sayda islam dövləti ölkəmizə dəstək olub: “Əgər o vaxt işğala qarşı çıxış edilsəydi, məscidlərin, islam ənənələrinin dağıdılmasına qarşı düzgün mövqe tutulsaydı, bu gün Qüds məsələsi təkrar olunmazdı. Bu məsələyə vaxtında qiymət vermək lazım idi”. 
Simnar Həsənov isə çıxışında Azərbaycanda tolerantlığın hətta Avropadan da güclü olduğunudeyib, buna misallar göstərib.
 
Tədbir dini qurum nümayəndələrinin çıxışları ilə davam edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info