“Sərhəd-keçid məntəqələrində elektron sistem və məlumat mübadiləsi“ seminarı başlayıb
Tarix: 18.12.2017 | Saat: 18:53:00 | E-mail | Çapa göndər


Bu gün Bakıda "Sərhəd-keçid məntəqələrində elektron sistem və məlumat mübadiləsi" mövzusunda seminar başlayıb.

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, "Azərbaycan və Gürcüstan arasında Sınıq Körpü sərhəd-keçid məntəqəsinin inkişafına dəstək" layihəsi çərçivəsində təşkil olunan seminarda Azərbaycan və Gürcüstan gömrük xidmətlərinin əməkdaşları iştirak edir.
 
Xatırladaq ki, "Azərbaycan və Gürcüstan arasında Sınıq Körpü sərhəd-keçid məntəqəsinin inkişafına dəstək" layihəsi Avropa İttifaqının maliyyə dəstəyi ilə Birləşmiş Millətlər Təşkilatının (BMT) İnkişaf Proqramı və DGK tərəfindən birgə icra olunur.
 
Seminarın açılış mərasimində giriş sözü ilə çıxış edən BMT İnkişaf Proqramının proqram rəhbəri Məzahir Əfəndiyev "Azərbaycan və Gürcüstan arasında Sınıq Körpü sərhəd-keçid məntəqəsinin inkişafına dəstək" layihəsi üzrə ötən müddətdə görülən işlər barədə məlumat verib. Proqram rəhbəri layihədə iştirak edən tərəflərə, o cümlədən ekspertlərə faydalı və məhsuldar əməkdaşlığa görə minnətdarlığını ifadə edib.
 
DGK Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Cavad Qasımov Azərbaycan hökumətinin Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı ilə çoxşaxəli əməkdaşlıq münasibətlərinə toxunaraq, bu əməkdaşlığın gömrük işi sahəsində də yer aldığını vurğulayıb. Ötən dövr ərzində bir neçə mühüm layihənin, hazırda isə "Azərbaycan və Gürcüstan arasında Sınıq Körpü sərhəd-keçid məntəqəsinin inkişafına dəstək" layihəsinin həyata keçirildiyini söyləyən C. Qasımov bundan sonra da qarşılıqlı fəaliyyətin, birgə əməkdaşlığın davam edəcəyinə ümidvar olduğunu bildirib.

Qeyd edilib ki, layihənin həyata keçirildiyi müddət ərzində BMTİnkişaf Proqramının təşkilatçılığı ilə mühüm işlər görülüb, Azərbaycan və Gürcüstan gömrük əməkdaşlarının fitosanitar nəzarəti sahəsində bilik səviyyəsinin artırılması məqsədilə təlimlər keçirilib və sözügedən sahədə Avropa İttifaqının təcrübəsi öyrənilib. C. Qasımov əmin olduğunu bildirib ki, növbəti seminar da gömrük xidmətinin müasir tələblər səviyyəsində qurulması işinə töhfəsini verəcək.
 
Gürcüstan Gömrük Xidmətinin rəis müavini Giorgi Kobeşavidze "Azərbaycan və Gürcüstan arasında Sınıq Körpü sərhəd-keçid məntəqəsinin inkişafına dəstək" layihəsinin hər iki ölkənin gömrük əməkdaşlığının və qarşılıqlı əlaqələrinin inkişaf etdirilməsində mühüm əhəmiyyət daşıdığını bildirib. Layihənin hər iki ölkənin sanitar və fitosanitar sahədə bacarıqlarının inkişafına şərait yaratdığını söyləyən rəis müavini, layihə çərçivəsində təlimləri aparan avropalı mütəxəssislərin də əməyini dəyərləndirib.
 
Seminar Litvanın Maliyyə Nazirliyi nəzdində Gömrük İdarəsinin gömrük nəzarətinin təşkili şöbəsinin müdiri Laimis Zlabisin təqdimatı ilə başlayıb. Təqdimatda Litva gömrüyünün fəaliyyəti barədə ətraflı məlumat verilib.
 
Təlim müddətində litvalı ekspertlər iştirakçıları sanitar, fitosanitar və baytarlıq məsələləri, eləcə də gömrüklə bağlı Aİ-nin qanunvericiliyi, Aİ-nin məlumat mübadiləsi mexanizmləri, qarşılıqlı məlumat mübadiləsinin faydaları, ərzaq və qeyri-ərzaq məhsullarına nəzarət və s. mövzuda məlumatlandıracaq, həmçinin müzakirələr aparılacaq.
 
Seminar dekabrın 19-dək davam edəcək.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info