Azərbaycan meyvələri Hindistana ixrac olunacaq
Tarix: 18.12.2017 | Saat: 19:19:00 | E-mail | Çapa göndər


Bu gün İqtisadiyyat Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) Dubay və Səudiyyə Ərəbistanın Ciddə şəhərinə təşkil edilmiş ixrac missiyalarının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib.
 
KİV nümayəndələrinin diqqətinə çatdırılıb ki, "Made in Azerbaijan" brendinin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən 3-7 dekabr tarixlərində BƏƏ-nin Dubay şəhərinə və 6-8 dekabr tarixlərində Səudiyyə Ərəbistanın Ciddə şəhərinə ixrac missiyaları təşkil edilib.
 
Dubay şəhərinə təşkil olunan ixrac missiyasında müsabiqə əsasında seçilmiş və Azərbaycanda meyvə şirələri, təbii mineral sular, meyvə-tərəvəz məhsulları, quru meyvə, konservləşdirilmiş məhsullar, ət və ət məhsulları, bal, çay, süd və süd məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən şirkətlər iştirak edib.
 
Missiya çərçivəsində meyvə-tərəvəz istehsalı və ixracı sahəsində fəaliyyət göstərən şirkətlərimiz Yaxın Şərq ölkələrində ən iri meyvə-tərəvəz sərgisi olan "WOP Dubai"də də iştirak ediblər. Sərgi çərçivəsində "Azərbaycanın meyvə-tərəvəz məhsullarının ixrac potensialı" mövzusunda seminar keçirilib. Seminarda xarici sahibkarlara rəqabətqabiliyyətli və ixracyönümlü məhsullarımız, "Made in Azerbaijan" brendinin təşviqi məqsədi ilə həyata keçirilən tədbirlər barədə məlumat verilib, ixrac missiyasında iştirak edən şirkətlərin fəaliyyətləri barədə təqdimatlar keçirilib. Sərgidə Azərbaycan məhsulları nümayiş olunub. Meyvə-tərəvəz məhsullarımız tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb və Azərbaycan meyvələrinin Hindistana ixracına dair razılıq əldə edilib.
 
İxrac missiyası çərçivəsində keçirilən görüşlərdə də bir sıra uğurlu nəticələr əldə edilib. Görüşlər zamanı Azərbaycanın "Brightman BMC" şirkəti konservləşdirilmiş məhsulların BƏƏ ölkələrinə və Banqladeşə ixracına dair "Al-maya" və "Lulu" marketlər şəbəkələri və "Al-Ghamdi" treydinq şirkəti ilə ilkin razılıq əldə edib. "Sunfood" şirkəti nar şirəsinin və çayın, "Səba" ət məhsullarının, "Kerkom" və "Azəri-bal" şirkətləri isə balın BƏƏ-yə ixracına dair "Al-maya", "Lulu", "Al-Qudva" marketlər şəbəkələri ilə danışıqlara başlayıblar. "Az-Granata" şirkəti nar şirəsinin Dubaya ixracına dair ilkin razılığa gəlib. Bundan başqa, Azərbaycanın "Azprotein" şirkəti BƏƏ-nin "Al-Tayeb" pərakəndə və topdansatış distributor şirkəti və "Choitrams" marketlər şəbəkəsi ilə ət məhsullarının BƏƏ və digər Körfəz ölkələrinə ixracına dair razılıq əldə edib.
 
Mətbuat konfransında diqqətə çatdırılıb ki, 6-8 dekabr tarixlərində Səudiyyə Ərəbistanın Ciddə şəhərinə təşkil olunmuş ixrac missiyasında müsabiqə əsasında seçilmiş meyvə şirələri, quru meyvə, konserləşdirilmiş məhsullar, bal, çay, ət və süd məhsullarının istehsalı və emalı sahəsində fəaliyyət göstərən yerli şirkətlərin nümayəndələri iştirak ediblər.
 
İxrac missiyası çərçivəsində sahibkarlar AZPROMO-nun və Azərbaycanın BƏƏ-dəki nümayəndəsinin birgə təşkilatçılığı ilə keçirilən ikitərəfli görüşlərdə iştirak ediblər. Görüşlərdə yerli məhsullarımız barədə məlumat verilib, məhsullarımızın market və bazarlarda satışı imkanları və distributorluq məsələləri müzakirə olunub.
 
Görüşlərdə Azərbaycan məhsullarına, xüsusi ilə bal, ət və süd məhsullarına böyük maraq göstərilib. İkitərəfli görüşlər zamanı Azərbaycanın "Kerkom" şirkəti Azərbaycan balının, "Aqro-MTS" şirkəti isə ət məhsullarının Səudiyyə Ərəbistanına ixracı ilə bağlı bir neçə distributor şirkətləri ilə danışıqlara başlayıblar. "Milk-Pro" şirkəti isə "Sunbulah Group" distributor şirkəti ilə süd məhsullarının ixracına dair danışıqlar aparır.
 
İxrac missiyaları çərçivəsində missiya iştirakçıları həmçinin, bazar və iri marketlər şəbəkələrində olublar. Mətbuat konfransında həmçinin, “Made in Azerbaijan” brendinin təşviqi ilə bağlı 2018-ci ildə nəzərdə tutulan tədbirlər barədə də məlumat verilib.




 
Bölməyə aid digər xəbərlər
18.04.2019
Azərbaycandan Qətərə bir sıra məhsulların ixracına dair razılıq əldə olunub
18.04.2019
Buğdanın idxalı və satışı, un ilə çörəyin isə istehsalı və satışı 2020-ci ilədək vergidən azad olunub
18.04.2019
Cəbhə zonasında yerləşən raket bölmələrinin döyüş atışlı məşğələləri keçirilib
18.04.2019
Ankarada Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişindaşımaya dair müzakirələr aparılacaq
18.04.2019
Dövlət Gömrük Komitəsinin məlumatı

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10749

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Milli mədəniyyətimizin fədakar tədqiqatçısı və təmsilçisi Babək Qurbanov haqqında
5 Rusiya Prezidenti Krasnoyarskdakı Azərbaycan diaspor rəhbərini təltif edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info