Ağstafada Bilik Evi açılıb
Tarix: 18.12.2017 | Saat: 21:38:00 | E-mail | Çapa göndər


Dekabrın 18-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun daha bir Bilik Evi Ağstafada açılıb.
Bilik Fondundan AZƏRTAC-a bildirilib ki, açılış mərasimindən əvvəl Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov ilə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev arasında görüş keçirilib.
Vurğulanıb ki, Bilik Evi Ağstafa Rayon İcra Hakimiyyətinin dəstəyi ilə bu rayondakı Heydər Əliyev Mərkəzində fəaliyyət göstərəcək.
Sonra tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin rayon mərkəzindəki abidəsi önünə tər güllər düzüblər.
Daha sonra fondun lektorlar qrupunun üzvü, Bakı Dövlət Universitetinin dosenti Sevinc Əliyeva yerli gənclərdən ibarət auditoriya qarşısında “Bilik Azərbaycanda insan kapitalının inkişafında əsas amil kimi” mövzusunda mühazirə ilə çıxış edib.
Heydər Əliyev Mərkəzində keçirilən açılış mərasimində Məhərrəm Quliyev bildirib ki, ölkəmizdə uğurla aparılan daxili və xarici siyasətin mahiyyətinin yerlərdə əhaliyə dəqiq və dolğun çatdırılmasına, milli mənəvi dəyərlərin təbliğinə ehtiyac var. Gənclərin savadlanması və müxtəlif müasir peşələrə yiyələnməsi üçün mütəmadi olaraq maarifləndirici tədbirlərin həyata keçirilməsi vacibdir.
Bilik Fondunun əhalinin, xüsusilə də gənclərin elmi biliklərinin artırılması, milli mənəvi dəyərlərin təbliği istiqamətindəki fəaliyyətindən danışan Oqtay Səmədov rəhbərlik etdiyi qurumun “İslam Həmrəyliyi İli”ndə həyata keçirdiyi maarifləndirici layihələr barədə ətraflı məlumat verib. O, ölkənin müxtəlif bölgələrində bilik evlərinin açılmasını maarifləndirmə istiqamətində atılan əhəmiyyətli addım kimi dəyərləndirib.
Bilik Evinin Ağstafada fəaliyyətə başlamasına şərait yaratdığına görə, rayon rəhbərliyinə minnətdarlığını bildirən Oqtay Səmədov Nardaran, İsmayıllı, Qax, Oğuz, Astara, Şəmkir, Ağdaş, Qarabağ regional bilik evlərinin fəaliyyətinə toxunub, bu maarifləndirmə ocaqlarının iş prinsipləri, hədəfləri və potensiallarından bəhs edib. Milli mənəvi dəyərlərin qorunması və təbliği işində gəncləri fəal olmağa çağıran Oqtay Səmədov Vətənə sevgi, vətəndaşlara qayğı göstərməyin məhz milli mənəvi dəyərlərə sadiqlikdən keçdiyini deyib.
Ağstafa Regional Bilik Evinin fəaliyyət planı haqqında məlumat verən rayon icra hakimiyyətinin informasiya təminatı və təhlil sektorunun müdiri, Bilik Fondunun yerli nümayəndəsi Leyla İsayeva bildirib ki, reallaşdırılacaq layihələrin əsas mahiyyəti əhali arasında geniş maarifləndirmə işlərinin aparılmasından ibarət olacaq.
Tədbirdə, həmçinin Bilik Fondu ilə Ağstafa rayonundakı Heydər Əliyev Mərkəzi arasında əməkdaşlıq barədə niyyət sazişi imzalanıb.
Sonda Oqtay Səmədov Bilik Evinin mütəxəssisləri, təlim kurslarının dinləyici və təlimçiləri ilə görüşüb.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info