Alimlər üçün tikiləcək binanın təməlqoyma mərasimi keçiriləcək
Tarix: 18.12.2017 | Saat: 21:39:00 | E-mail | Çapa göndər


“Science City” yaşayış kompleksində qazıntı işlərinə başlanılıb. Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) verilən məlumata görə, Abşeron rayonu Saray qəsəbəsində yerləşən “Alimlər şəhərciyi”ndə Akademiya əməkdaşları üçün kooperativ binanın tikilməsi nəzərdə tutulur. Bu məqsədlə akademiyaya məxsus torpaq sahəsində inşa ediləcək tikinti kompleksində layihələndirilmə işləri aparılıb. Eyni zamanda, mənzillərin AMEA əməkdaşlarına sərfəli kredit şərtləri ilə təklif edilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi nəzərdə tutulub.
AMEA-nın İşlər idarəsinin müdiri, siyasi elmlər doktoru Fətəli Abdullayev bildirib ki, yaxın günlərdə Saray qəsəbəsində AMEA prezidenti, akademik Akif Əlizadənin iştirakı ilə təməlqoyma mərasiminin keçiriləcək.
O qeyd edib ki, sosial-məişət və digər problemlərin həlli istiqamətində nəzərdə tutulan növbəti tədbirlərdən biri də AMEA-nın poliklinikasının açılmasıdır.
Layihənin rəhbəri Elçin Orucov bildirib ki, 7 hektar sahədə ilkin olaraq 2, ümumilikdə isə 18 blokun tikilməsi nəzərdə tutulur: ““Science City” yaşayış kompleksi ekoloji təmiz havası olan ərazidə yerləşir. Kompleksin həyəti və ətrafında böyük parklar salınacaq. 1, 2, 3 otaqlı mənzillərin müasir dizaynda və yüksək keyfiyyətlə tikilməsi planlaşdırılır”.
Azad Həmkarlar İttifaqının sədri Habil Qurbanov deyib ki, yaşayış kompleksində məktəb, uşaq bağçası, ictimai iaşə və sosial obyektlərin də inşasının nəzərdə tutulub.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.06.2019
CASCFEN sonuncu seminarını Sabunçu rayonunda keçirib
18.06.2019
“Azərxalça”nın Qazax, Tovuz və Şəmkir filiallarının xalçaları qəbul edilib
18.06.2019
Şamaxıda müharibə veteranlarının və əlillərin toplantısı olub
18.06.2019
IDEA ilə Ümumdünya Turizm Təşkilatı arasında Anlaşma Memorandumu imzalanıb
18.06.2019
“Diplomatiya Akademiyası” layihəsi çərçivəsində ilk görüş keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10807

1 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
2 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
3 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Çilidə güclü zəlzələ olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info