Avropa İttifaqı daxilində parçalanma: Polşa və Macarıstan Brüsselə qarşı
Tarix: 18.12.2017 | Saat: 23:52:00 | E-mail | Çapa göndər


Polşanın keçmiş xarici işlər naziri Radoslav Sikorskiy xəbərdarlıq edir: “Varşavanın antiavropa siyasəti davam edərsə, Polşa ilə Avropa İttifaqının münasibəti “Polexit”-lə- Polşanın İttifaqını tərk etməsi ilə başa çata bilər”

Avropa İttifaqı ilə Polşa arasında münasibətlər yenidən kəskinləşməyə başlayıb. Avropa Komissiyası Polşaya qarşı sanksiyalar tətbiq etməyə hazırlaşır. “Süddeutsche Zeitung” nəşri yazır ki, Polşa Avropa İttifaqı Şurasında səsvermə hüququndan məhrum edilə bilər. Nəşr tərəflər arasında münasibətlərin “qırmızı xətti” artıq keçdiyini yazır. Xatırladaq ki, münasibətlərin bu hədə gəlib çatmasının səbəblərindən biri 2015-ci ildə keçirilən parlament seçkilərində qalib gələn “Hüquq və Ədalət” partiyasının məhkəmə sahəsində aparmaq istədiyi islahatlardır. Həmin islahatlar Ədliyyə Nazirliyinin məhkəmələr üzərində nəzarətini gücləndirməklə yanaşı, parlamentin hakim təyinatında səlahiyyətini də artıracaq. Tərəflər arasında iki ilə yaxındır aparılan müzakirələrdə heç bir irəliləyiş əldə olunmayıb-heç kim mövqeyindən geri bir addım da olsun atmır. Avropa Parlamenti qətnamə qəbul edərək bu islahatların Avropa dəyərlərinə zidd olduğunu açıqlayıb. Avropa Parlamenti bu məsələni müzakirə etdiyi günlərdə Varşavada millətçilərin böyük aksiyası keçirilirdi. Həm millətçi gənclər, həm də hakim partiya Avropa İttifaqının miqrantlarla bağlı kvotasını qəbul etmirlər. Avropa İttifaqının təzyiqləri Varşavanı bəzi addımlar atmağa vadar edib. Məsələn, Polşa dövlət başçısı Duda hüquq-məhkəmə sistemi ilə bağlı qəbul edilən iki qanunu imzalamaqdan imtina edib. Avropa Komissiyası bildirir ki, Polşa məhkəmə sistemində islahatlar aparmaq hüququna malikdir. Amma bu islahatlar həm ölkə konstitusiyasına, həm də Avropa İttifaqı qanunvericiliyinə uyğun olmalıdır. Polşa bu mübarizədə tək deyil. Macarıstan bu məsələdə Varşavanı dəstəkləyir. Macarıstan baş naziri Viktor Orban bildirib ki, Polşaya qarşı inkvizasiya uğur gətirməyəcək. O, avropalı bürokratlara qarşı mübarizədə Varşavanın yanında olacaqlarını deyib: “Macarıstan Avropa İttifaqı daxilindəki bütün mümkün hüquq prosedurlardan istifadə edərək polyaklarla həmrəylik nümayiş etdirəcək”. Orban Varşavaya səfəri zamanı Avropa Komissiyasının hər iki ölkəyə təzyiqini müzakirə etmişdi. Avropa İttifaqı hər iki ölkəyə maliyyə yardımlarını azaltmaq və ya kəsməklə hədələyir. Polşada hökumətin dəyişməsinə baxmayaraq ölkənin mövqeyi eyni qalıb. Yeni baş nazir də miqrantların Avropa İttifaqı ölkələrində yerləşdirilməsinə qarşı olduğunu bildirib. Ekspertlər bildirir ki, Varşava və Budapeştin belə yaxınlaşması səbəbsiz deyil. Məsələ ondadır ki, Avropa İttifaqı daxilində qərarlar konsensus əsasında qəbul edilir. Belə olan halda Polşa və Macarıstan onlardan hansısa birinə qarşı sanksiya qərarını bloklaya bilir. Yəni, onlar bir-birinə müdafiə edərək sanksiya qərarı qəbul edilməsinin qarşısını ala bilərlər. Hər iki dövlətin Brüsselə qarşı belə dirənməsinin səbəbi də elə budur- şantaja qarşı şantaj! Polşanın keçmiş xarici işlər naziri Radoslav Sikorskiy bildirib ki, rəsmi Varşavanın antiavropa siyasəti davam edərsə, Polşa ilə Avropa İttifaqının münasibəti Polexit-lə- Polşanın İttifaqını tərk etməsi ilə başa çata bilər. Son vaxtlar Varşavada ölkənin ittifaqdan çıxması, miqrant məsələsi və Avropa İttifaqını rəhbəri Tuska qarşı sərt münasibət geniş müzakirə mövzusudur. Xatırladaq ki. vaxtilə Polşanın baş naziri olmuş Donald Tusk hazırda ölkənin ən böyük müxalifət partiyası olan “Vətəndaş platforması”nın yaradıcısıdır.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
26.05.2019
Baş nazir Şinzo Abenin iyunun ortalarında İrana səfəri gözlənilir
26.05.2019
İran ABŞ-ın qeyri-hökumət təşkilatları ilə danışıqlar aparır
26.05.2019
Bu gün 21 ölkədə Avropa Parlamentinə seçkilər keçirilir
26.05.2019
Fransada “sarı jiletlər“in aksiyasında 12,5 min insan iştirak edib
26.05.2019
Bu gün Litvada prezident seçkilərinin ikinci turu keçiriləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10790

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info