Qəzzafinin oğlu prezident seçkisində iştirak etmək niyyətindədir
Tarix: 19.12.2017 | Saat: 00:00:00 | E-mail | Çapa göndər


Ordu rəhbəri marşal Xəlifə Haftar: "Əgər Qəzzafinin oğlu ölkənin siyasi həyatında rol oynamaq istəyirsə, buna heç bir problem yoxdur”

“Liviya lideri Müəmmər Qəzzafinin oğlu Seif əl-İslam prezidentliyə namizəd olmağı planlaşdırır”. Bu barədə məlumatı “Eğypr Today” nəşrinə açıqlamasında Qəzzafi ailəsinə yaxın Basem əl-Haşimi bildirib. Onun dediyinə görə, Seyf al-İslam gələn ilin ortaların keçiriləcəyi ehtimal olunan prezident seçkilərinə qatılacaq. Basem əl-Haşimi deyib ki, ölkənin lideri vəzifəsinə namizəd tezliklə görəcəyi işlər barədə proqramını elan edəcək. Həmin proqramda BMT-nin Liviyanın sabit bir dövlətə çevriləcəyinə kömək edəcəyinə böyük ümidlər bəslənildiyi öz əksini tapacaq. Prezidentliyə gələcək namizəd hesab edir ki, təhlükəsizliyi möhkəmləndirmək üçün bütün qruplarla qarşılıqlı əlaqə qurmaq lazımdır. Xatırladaq ki, bir müddət bundan əvvəl Qəzzafilər ailəsinin vəkili oğul Qəzzafinin siyasətlə yaxından məşğul olduğunu və ölkədəki vəziyyəti həll etməyə çalışdığı barədə açıqlamalar vermişdi. Yaddaş üçün bildirək ki, 2011-ci ildə Liviya rəhbəri Müəmmər Qəzzafi devrildikdən sonra onun yaxınları təqib olunmağa başladı. Qəzzafi və oğlu Muatəmanı öldürən, Seif əl-İslamı əsir götürən üsyançılar onu. 2015-ci ilin iyul ayında edam cəzasına məhkum etmişdilər Tripolinin bombalanması zamanı Qəzzafinin başqa oğlu Hamis də öldürülmüşdü. 2014-cü ildə Liviyanın yeni hakimiyyəti Qəzzafinin qızı Aişə, kürəkəni Hannibal və iki övladına Liviyanı tərk edib Əlcəzairdə siyasi sığınacaq almasına heç bir maneə törətmədi. Altı il qazamat həyatı yaşayan Seyf əl-İslam Liviya parlamentinin elan etdiyi ümumi əfvə əsasən azadlığa buraxılıb. Qeyd edilməlidir ki, hazırda Liviya dövləti dərin böhran və ikili güc dövrü keçir. Ölkənin şərqində -Tobruk şəhərində xalq tərəfindən seçilmiş parlament, qərbdə Tripolidə isə BMT və Aİ-nin dəstəyi ilə yaradılan keçid Milli Şura fəaliyyət göstərir. Ölkənin şərq hissəsi marşal Xəlifə Haftarın rəhbərlik etdiyi Milli Orduyla əməkdaşlıq edir. Yeri gəlmişkən bildirək ki, Haftar Qəzzafinin oğlunun Liviyanın siyasi həyatında iştirakına etiraz etmir: "Əgər Qəzzafinin oğlu ölkənin siyasi həyatında rol oynamaq istəyirsə, buna heç bir problem yoxdur”. Onu da qeyd edək ki, Rusiya, Liviya üçün də Suriya modeli əsasında milli dialoq konfransının keçirilməsini təklif edib. Bu barədə mətbuata Rusiya Xarici İşlər Nazirliyindəki təmas qrupunun rəhbəri Lev Denqov məlumat verib: “Rusiyanın milli dialoq konfransının çağırılması ilə bağlı təşəbbüsü İtaliya tərəfindən dəstəklənib”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Ermənistanda cinayətlərin sayı artır
17.11.2018
“Küçə demokratiyasının qaydaları böyük siyasətdə qəbul edilə bilməz”
17.11.2018
Viqen Sarkisyan: “Ötən aylar Ermənistanın xarici siyasəti ilə bağlı narahatlıqlar yaradır“
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info