UNEC tələbələrindən nümunəvi addım
Tarix: 19.12.2017 | Saat: 00:01:00 | E-mail | Çapa göndər


UNEC-in tələbələri biliklərini valideyn himayəsindən məhrum olan uşaqlarla paylaşıblar. UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilən görüş I kurs tələbələrinin təşəbbüsü ilə həyata keçirilib.
Əksəriyyəti prezident təqaüdçüsü olan və qəbul imtahanlarında 600-dən yüksək bal toplayaraq UNEC-in xüsusi təqaüdünə layiq görülən I kurs tələbələri Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti öz bilik və təqaüdlərini valideyn himayəsindən məhrum olan uşaqlarla paylaşmaq istədiklərini bildiriblər. Bu məqsədlə onlar Xəzər rayonunda yerləşən valideyn himayəsindən məhrum olan uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbində olublar. Tələbələr şagirdlər arasında riyaziyyat, coğrafiya, ədəbiyyat, tarix və musiqi fənnləri üzrə müsabiqə keçiriblər. Qaliblərə kubok və hədiyyələr təqdim edilib. Universitetə yüksək balla qəbul olunan tələbələrlə tanışlıqdan məmnunluqlarını ifadə edən şagirdlər gələcəkdə onlar kimi yüksək nəticə toplayaraq tələbə adını qazanmaq arzusunda olduqlarını bildiriblər. UNEC-in tələbələri universitetə hazırlaşan şagirdlərə ixtisas seçimində istiqamət verməyə və özlərinin əlavə dərs vəsaitlərini onlara təqdim etməyə hazır olduqlarını qeyd ediblər. Görüş əyləncəli oyunlarla davam edib.




 
Bölməyə aid digər xəbərlər
22.05.2019
DSMF-də müşavirə keçirilib
22.05.2019
Yükdaşıma və Logistika şirkətində vakansiya
22.05.2019
“Sumgait Technologies Park” işçi axtarır
21.05.2019
Güzəştli şərtlərlə pensiya hüququ olanlar üçün yeni Qəbul Mərkəzi istifadəyə verilib
20.05.2019
Sosial proqramların uğuru və ildən-ilə genişlənməsi bəzi dairələrdə dərin narahatlıq hissi yaradıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info