“İtaliya Avropada Azərbaycan üçün ən yaxın dost və tərəfdaş ölkələrdəndir”
Tarix: 19.12.2017 | Saat: 15:10:00 | E-mail | Çapa göndər


Azərbaycan-İtaliya Gənclər Assosiasiyasının (AİGA) təşkilatçılığı ilə La Sapienza Universitetində Romada təhsil alan birinci kurs tələbələri ilə “İtaliyaya xoş gəlmisiniz” adlı görüş keçirilib.
Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Görüşdə çıxış edən AİGA-nın həmsədri Emin Rüstəmov təşkilatın fəaliyyətinə toxunaraq bildirib ki, əsas məqsəd Azərbaycan və İtaliya gəncləri arasında əlaqələrin inkişaf etdirilməsi, azərbaycanlı gənclərin İtaliya cəmiyyətinə inteqrasiyasının sürətləndirilməsi, ölkəmizin təbliği, Qarabağ həqiqətlərinin yerli və dünya ictimaiyyətinə çatdırılmasıdır. O, AİGA-nın fəaliyyəti haqqında iştirakçılara ətraflı məlumat verib, tələbələri dövlət əhəmiyyətli tədbirlərdə fəal olmağa və təşkilatın sıralarına qoşulmağa dəvət edib.
Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə universitetə yeni qəbul olunan tələbələrə təbriklərini çatdırıb, onlara uğurlar arzulayıb. Diplomat İtaliyada təhsil almağın üstünlüklərindən bəhs edib.
Azərbaycan ilə İtaliya arasındakı mövcud və inkişaf etməkdə olan münasibətlərdən danışan Məmməd Əhmədzadə İtaliyanın Avropada Azərbaycan üçün ən yaxın dost və tərəfdaş ölkələrdən biri olduğunu vurğulayıb. Təhsil sahəsinə gündən-günə artan marağın məhz bu münasibətlərin nəticəsində formalaşdığını söyləyən səfir azərbaycanlı tələbələrin Avropada, xüsusilə də İtaliyada təhsillərini davam etdirmələrindən məmnunluğunu bildirib.
Sonra müzakirələr aparılıb, rəy və təkliflər dinlənilib.
Tələbələr tərəfindən böyük maraqla qarşılanan tədbir ziyafətlə davam edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
Qırğızıstanda türk dövlətlərinin etnofestivalı keçirilib
20.04.2019
Azərbaycan startap-ekosistem reytinqində mövqeyini yaxşılaşdırıb
19.04.2019
Ramil Usubov xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib
19.04.2019
17 yaşlı azərbaycanlı Türkiyədə 56 min dollar təqaüd alacaq
19.04.2019
“Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir“

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info