Əmək miqrasiyasının idarə olunmasına dair seminar keçirilir
Tarix: 19.12.2017 | Saat: 15:49:00 | E-mail | Çapa göndər


Dekabrın 19-da Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyi əmək miqrasiyasının idarə olunmasına dair seminar keçirib.
AZƏRTAC xəbər verir ki, tədbirdə yaxşı idarə olunan əmək yerdəyişməsinin dəyəri və onun təsirlərini anlamaq, miqrasiya və inkişaf arasında qarşılıqlı əlaqələr, iqtisadi inkişaf məqsədləri və əmək miqrasiyası siyasəti, əmək yerdəyişməsini tənzimləyən sistemlər, bu sahədə Azərbaycan nümunəsi, beynəlxalq təcrübə mövzularında təqdimatlar edilib və bu məsələlər ətrafında müzakirələr aparılır.
Seminarda Dövlət Miqrasiya Xidmətinin (DMX) rəis müavini Pərviz Musayev, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli, Avropa İttifaqının (Aİ) nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas, Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Serhan Aktoprak, BMqT-nin əmək yerdəyişməsi və insan inkişafı üzrə baş mütəxəssisi Maykl Nyuson çıxış edərək bildiriliblər ki, belə tədbirlər Azərbaycanda və digər ölkələrdə miqrasiya ilə bağlı problemlərin həllində mühüm rola malikdir. Dünyada miqrasiya prosesləri, miqrantların, xüsusilə əməkçi miqrantların hüquq və azadlıqlarının qorunması, bu sahədə ictimai məlumatlandırma ən aktual məsələlərdən biridir.
Azərbaycanda miqrantların hüquqlarının müdafiəsi prioritet məsələdir. Miqrantlara və qaçqınlara yaxşı münasibətdə Azərbaycan dünyada nümunə olacaq miqrasiya idarəçiliyi modeli mövcuddur.
Diqqətə çatdırılıb ki, 1990-cı il dekabrın 18-də BMT Baş Məclisinin qərarı ilə “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında” Beynəlxalq Konvensiya qəbul edilib. Azərbaycan bu Konvesiyaya qoşulan ölkələrdən biridir. Azərbaycanda miqrasiya ilə bağlı proseslərin idarə edilməsi dövlət nəzarətətindədir. Bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi miqrasiya proseslərinin tənzimlənməsinə əhəmiyyətlidir. Azərbaycanda əmək miqrasiyasının idarə olunmasında aparılan işlər beynəlxalq təşkilatlar tərəfindən də müsbət qiymətləndirilir.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib
07.11.2018
Şamaxıda Qaravəlli kənd məktəbi əsaslı təmirdən sonra istifadəyə verilib
07.11.2018
Vərəsələrə verilmiş sığorta ödənişi ilə bağlı təsdiqedici sənədlər ictimaiyyətə təqdim olunub
07.11.2018
Tələbələrə adlı təqaüd təqdim edilib
07.11.2018
“Sağlam məktəbli” layihəsi davam edir

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info