Naxçıvanda yeni monoqrafiyaların təqdimatı olub
Tarix: 19.12.2017 | Saat: 15:51:00 | E-mail | Çapa göndər


AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun ədəbiyyatşünaslıq şöbəsinin əməkdaşları, filologiya üzrə fəlsəfə doktorları Əli Həşimovun “Azərbaycan tarixi nəsrində Naxçıvan” və Aygün Orucovanın “Cəlil Məmmədquluzadənin şeir yaradıcılığı” adlı monoqrafiyalarının təqdimatı olub.
Bölmənin informasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə institutun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev ictimaiyyətə təqdim olunan yeni nəşrlərin əhəmiyyətindən danışıb. Qeyd edib ki, “Azərbaycan tarixi nəsrində Naxçıvan” monoqrafiyasında Azərbaycan ədəbiyyatında nəsrin tarixi inkişaf yolu əks etdirilir. Xüsusilə Naxçıvana aid əsərlər diqqət mərkəzinə çəkilir, tarixi dövr, müasir gerçəklik və yazıçı mövqeyindən bəhs olunur.
“Cəlil Məmmədquluzadənin şeir yaradıcılığı” monoqrafiyası barədə məlumat verən Əbülfəz Quliyev bildirib ki, əsərdə XIX əsrin sonlarında Naxçıvan ədəbi mühitinin yetirməsi olan yazıçı-dramaturq, “Molla Nəsrəddin” satirik məcmuəsinin və eyniadlı ədəbi məktəbin yaradıcısı Cəlil Məmmədquluzadənin zəngin və çoxcəhətli yaradıcılığının nisbətən az araşdırılan bir sahəsi tədqiqata cəlb olunub. Monoqrafiyada mollanəsrəddinçi satirik şeirin ideya estetik, dil və ifadə xüsusiyyətlərinin formalaşdırılmasında Cəlil Məmmədquluzadənin rolundan bəhs edilir.
Daha sonra bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Elxan Məmmədovun “Naxçıvanı öyrənən dəyərli tədqiqat əsəri”, ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımovun “Mirzəcəlilşünaslıqda dəyərli mənbə” mövzusunda məruzələri dinlənilib.
Sonda müəlliflər tədbir iştirakçılarına minnətdarlıqlarını bildiriblər.




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Zəfərlərə doğru
12.11.2018
“İrəli”nin intellektual yarışlarının Dağlıq Şirvan və Şəki- Zaqatala üzrə qalibləri müəyyənləşib
12.11.2018
Heydər Əliyev Fondu və Milli Onkologiya Mərkəzi birgə onkoloji skrininq və elmi-praktiki konfrans keçiriblər
12.11.2018
İran vətəndaşı daxili orqanlarında narkotik vasitələr keçirmək istədi
12.11.2018
Külli miqdarda xarici valyutanı gizlədərək keçirmək istədi

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info