“Azərbaycan regionun siyasi, iqtisadi və hərbi lideridir”
Tarix: 19.12.2017 | Saat: 16:31:00 | E-mail | Çapa göndər


“Azərbaycanda gənclər siyasəti sahəsində aparılan işləri əlaqələndirmək və effektivliyi təmin etmək üçün Prezident Administrasiyasında Gənclər siyasəti və idman məsələləri şöbəsi yaradılıb”.
Bunu Gənclər Təşkilatlarının III Milli Konqresində çıxışı zamanı Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev bildirib.
Y. Məmmədəliyev deyib ki, PA Gənclər siyasəti və idman məsələləri şöbəsi qısa müddətdə 100-dən artıq gənclər təşkilatlarının nümayəndələri ilə görüş keçirib, regionlarda gənclərlə fikir mübadiləsi aparıb: “Bu görüşlər zamanı regionlar üzrə ixtisaslaşan gənclər təşkilatlarının formalaşdırılması, ekspert bankının yaradılması, layihələrinin innovativ hazırlanması məsələləri müzakirə olunub”.
Şöbə müdiri qeyd edib ki, Azərbaycan regionun siyasi, iqtisadi və hərbi lideridir: “Gənclər təşkilatları birbaşa gənclərlə ünsiyyətdə olmalı, onların problemlərini nəzərə almalı, bu istiqamətdə layihələr həyata keçirilməlidir. Gənclər təşkilatlarında önəmli məsələlərdən biri də gənclərin təmsilçiliyidir. Gənclər təşkilatlarında qərar qəbul etmə prosesində məhz gənclər təmsil olunmalıdır. Bu, gələcək kadrların formalaşdırılması üçün vacibdir”.
 
Y. Məmmədəliyev nəzərə çatdırıb ki, gələn il Azərbaycan üçün vacib hadisələr gözlənilir: “Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü, Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100-cü ildönümü, prezident seçkiləri və EXPO-25 üçün Bakının namizədliyinin təsdiqlənməsi bu sıradadır. Gənclər təşkilatlarının bu proseslərdə aktiv iştirak etməsi mütləqdir. Gəncləri dövlətçilik prinsiplərini əsas tutmağa çağırırıq”.
 
Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev də 2018-ci ildə gənclər təşkilatlarını, gəncləri aktiv olmağa çağırıb: "Altı il əvvəl bu gün Gənclər Fondu yaradılıb. Bu Fond gənclər təşkilatlarına ötən müddət ərzində böyük dəstək verib. Bu günə qədər Gənclər Fondunun dəstəyi ilə respublika üzrə 4 minə yaxın layihə icra olunub. Növbəti il maraqlı il olacaq. Gənclər təşkilatlarını daha məsuliyyətli layihələr həyata keçirməyə çağırıram. Gənclər Fondunun saytında 300 gənclər təşkilatı qeydiyyatdadır, ancaq bu təşkilatların hamısı aktiv deyil. Biz həmin gənclər təşkilatlarına kömək etməyə hazırıq”.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10492

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info